Quzugüdən (Sərdarabad)

Quzugüdənİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2][3][4]

Kənd
Quzugedən
40°04′ şm. e. 44°04′ ş. u.
Ölkə  Ermənistan
Region Sərdarabad mahalı
Rayon Sərdarabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 855 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.547 nəf. (2011)[1]
Rəsmi dili
Quzugedən xəritədə
Quzugedən
Quzugedən

Tarixi

Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin ilkin, qədim adı Quzukutan olmuşdur[5]. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kəndin adı Quzugüdənli formasında qeyd edilir və göstərilir ki, "Kəndin əhalisi mürsəlli camaatındandır"[6]. Erməni mənbələrində kəndin adı Ğuzigedən, Ğuzigedan, Kuzikutan formalarında[5], Qafqazın 5 verstlik xəritəsində Kuzikuden formasında[7] qeyd edilmişdir.

Toponimi

Toponim əfşar türk tayfasından olan quzugüdənli etnonimi[8] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur. Əsli Quzu-Kutan. Kənd qışlaq yerində quzuları saxlamaq üçün tikilmiş kutan əsasında yaranmışdır.[9]

Əhalisi

Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və burada 1828–30-cu illərdə Türkiyənin Alaşkert, Sürməli, Muş vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir[5]. XIX əsrin ortalarından əhalisi qarışıq kənd idi. 1886-cı ilə aid mə'lumata görə kənddə Azərbaycan türkləri və ermənilər yaşayırdılar. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[10][11]

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
  4. Садраддин Али Ал-Хусайна. Ахбар ад-даулат ас-Селджукиййа. Ииздание текста, перевод, введение, примечания и приложения З.М. Буниятова. М., 1980. .
  5. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.228
  6. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.70
  7. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.146
  8. Sümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992. s.275
  9. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гузуҝүдән // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  10. Budaqov B.Ə. Türk uluslarının yеr yaddaşı. Bakı “Еlm”: Bakı, 1994. .
  11. Hubschmann H.Die Altarmenische grammatik, I. Jaepzig, 1985. .
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.