Quzeyçirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd.[1]
Quzeyçirkin | |
---|---|
40°08′39″ şm. e. 46°10′19″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.648 m |
Saat qurşağı | |
|
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur.[2]
İqtisadiyyatı
İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir[3]. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib[3]. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin[3]. Baxmayaraq ki, kəndin mağazasına rayon istehsalat şöbəsindən siqaret gətirilirdi; amma həmin siqaretlər aylarla orada qalırdı[3]. Çünki kəndin heç bir sakini siqaret almırdı[3]. Yalnız təsadüfən kəndə qonaq gələn şəxslər onu ala bilərdi[3].
Əhalisi
Bu kənd Azərbaycanda uzunömürlü insanların ən çox yaşadığı kəndlərdən biri olub[3].
Yaylaqlar
Əkbərin dam yerinin yurdu, Çiçəkli yurd, Tozluq yurd, İlxıqoruğu yurdu, Qoçdaş yaylağı, Yaz yurdu, Yal yurdu.
Bulaqlar
Dəhnə bulaq, Novlu bulaq, Göy bulaq, Sarı bulaq, Yarpızlı bulaq, Porpor bulaq, Daş bulaq, Soyuq bulaq, Söyüd bulaq, Çeyilli bulaq, Korabulaq.
Məşhur yerlər
Səfidüşən, Bərəyələr, Şırran, Malyatağı, Ağalarlı yeri, Bəzirxana, Cılğıyeri, Söyüdlü çüxur, Qaragav, Güney, Mikayılın yeri, Göbələkli təpə, Çəpərlər, Məhəmmədin yeri, Qədimin yeri, Qədimin daşı, Qoruqlar, Ağalarlı biçənəyi, Elyolu, Çərtməqaya, Dolayıyer, Çüxurlar, Dəyirmiyer, Qancıqölən, Allahverdilərbiçən, Dikqaya, Batıqlar, Göybatıq, Aşağıkibatıq, Dəvəyatağı, Ortalıqburun, Kazımın odun yeri, Əlişin yalı, Ardışlı, Kövşən, Xıncılovuzlu təpə, Qurbanın yeri, Vənniçüxur, Ağduzdax, Daranqaya, Tilqaya, Gülülyeri, Həmərsünlü çüxur, Qaraqaya, Yalxırman, Məhəmmədoturan daş, Bənövşəli dərə, Yarpızlı dərə, Xırman yeri, Çalqaya, Göytəpə, Alxaslı yalı, Çürükyer, Atakişinin yeri.[4]
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Quzeyçirkin // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycanda heç kimin siqaret çəkmədiyi unikal kəndin adı YUNESKO-ya gedib çatıb — MARAQLI Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine. modern.az, 14.03.2017 (az.)
- Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.