Quycaq
Quycaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
Quycaq | |
---|---|
39°24′16″ şm. e. 47°09′31″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 385 m |
Saat qurşağı | |
|
Tarixi
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]
Toponimikası
Quycaq Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeydə alınmışdır. Əvvəllər Qışlaq, daha sonra Azərbaycanın c.-undan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlanmışdır. Kəndin şm.-ş.-indəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara həmçinin Dağıstanın va Ermənistanın toponimiyasında da rast gəlinir: Quyucuq yol ayrıcı, Piraquyu qəbristanlığı (Ermenistan), Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqam (Dağıstan) va s.[2]
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427