Qutqaşen sultanlığı
Qutqaşen sultanlığı — XVIII əsrin ortalarında yaranmış kiçik feodal hökmdarlıqlarından biri. Şəki xanlığının tabeliyində olan Qutqaşen nahiyəsində yerləşmişdi. Nadir şahın ölümündən (1747) sonra müstəqil sultanlıq elan olunmuşdu. Lakin kiçik bir ərazidə yerləşən Qutqaşen sultanlığının müstəqilliyi çox çəkmədi. Qutqaşenin yeni hakimi Kalbalı Sultan bir müddət Şəki və Ərəş feodallarının çəkişmələrindən istifadə edərək hakimiyyət başında qala bildi. Lakin feodal ara müharibələrindən birində həlak oldu. Bundan sonra Qutqaşen sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə daxil oldu. Mahalı Şəki xanları tərəfindən təyin olunan və yerli Qutqaşen sultanlarından olan naiblər idarə edirdi.
Sultanlıq | |
Qutqaşen sultanlığı | |
---|---|
Qəbələ sultanlığı | |
|
|
Paytaxt | Qəbələ |
Dilləri | Azərbaycan dili |
Rəsmi dilləri | Azərbaycan dili |
Dövlət dini | İslam |
İdarəetmə forması | Mütləq monarxiya |
XVIII əsrin axırında qutqaşınlı Məhəmməd Şəfi sultan malikəsinin bir hissəsini şəkili Məhəmmədhəsən xana (1784-1796) satdı. Məhəmmədhəsən xan bu torpağa şəxsi kəndi olan Çaykənddən kəndlilər köçürdü.
- Hacı Səfi Sultan
- Kalbalı Sultan — 1779
- Hacı Nəsrulla
Məşğuliyyəti
Qutqaşen sultanlığında əhali əsasən maldarlıq və kənd təsərrüfatı ilə məşğul idi.