Qustav Mittaq-Leffler

Maqnus Qustav Mittaq-Leffler (16 mart 1846 - 7 iyul 1927) — İsveç riyaziyyatçısı idi. Sankt-Peterburq Riyaziyyat Cəmiyyətinin üzvü olub. Onun riyazi töhfələri əsasən bu gün kompleks analiz adlanan funksiyalar nəzəriyyəsi ilə bağlıdır.[5]

Maqnus Qustav Mittaq-Leffler
isv. Magnus Gustaf (Gösta) Mittag-Leffler
Doğum adı Magnus Gustaf Mittag-Leffler
Doğum tarixi 16 mart 1846(1846-03-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 7 iyul 1927(1927-07-07)[1][2][…] (81 yaşında)
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi
İş yeri
Təhsili
Elmi rəhbəri Göran Dillner
Tanınmış yetirmələri Erik İvar Fredholm
Yalmar Mellin
Karl Qustav Kassel
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mittaq-Leffler Stokholmda anadan olub, məktəb direktoru Con Olof Leffler və Qustava Vilhelmina Mittaqın oğludur; sonra atasının soyadına anasının qızlıq soyadını da əlavə etdi. Onun bacısı yazıçı Anna Şarlotta Leffler idi. O, 1865-ci ildə Uppsala Universitetində təhsil alıb, doktorluq elmi dərəcəsini 1872-ci ildə universitetdən alıb. O, həmçinin Stokholm milləti cəmiyyətinin kuratoru (sədr) idi (1872-1873). Daha sonra Parisə, GöttingenəBerlinə səyahət edən Qustav Mittaq, sonda Karl Vilhelm Veyerştrassdan təhsil alır. Daha sonra o, 1877-1881-ci illərdə Helsinki Universitetində (Lorenz Lindelöfün varisi kimi) və sonra Stokholm Universitet Kollecində (sonradan Stokholm Universiteti) ilk riyaziyyat professoru kimi çalışdı; 1891-ci ildən 1892-ci ilə qədər kollecin prezidenti olmuş və 1911-ci ildə kafedrasından təqaüdə çıxmışdır. Mittaq-Leffler biznes sahəsində də özünü sınadı və öz başına uğurlu iş adamı oldu, lakin 1922-ci ildə Avropadakı iqtisadi çöküş onun sərvətinində dağılmasına səbəb oldu.

Elmi fəaliyyəti

O, İsveç Kral Elmlər Akademiyasının (1883), Finlandiya Elm və Ədəbiyyat Cəmiyyətinin (1878, daha sonra fəxri üzvü), Uppsaladakı İsveç Kral Elmlər Cəmiyyətinin, Land Kral Fizioqrafiya Cəmiyyətinin (1906), London Kral Cəmiyyəti (1896) və Parisdəki Elmlər Akademiyası da daxil olmaqla 30-a yaxın xarici elmi cəmiyyətin üzvü olmuşdur. O, Oksford Universitetinin və bir sıra digər universitetlərin fəxri doktoru olub.

Mittaq-Leffler qadın hüquqlarının etibarlı müdafiəçisi idi və Sofiya Kovalevskayanın Stokholmda riyaziyyat üzrə professor olmasında mühüm rol oynadı və dünyada bu vəzifəni tutan ilk qadın oldu. 1903-cü ildə Nobel mükafatı Komitəsinin üzvü kimi o, komitənin fizika üzrə mükafatını yalnız Pyer deyil, MariyaPyer Küriyə birgə təqdim etməyə vadar etmişdi.

Mittaq-Leffler riyaziyyat jurnalı Acta Mathematica-nın əsasını qoydu (1882). Jurnal kral II Oskarın və qismən çox varlı Fin ailəsindən olan həyat yoldaşı Signe Lindforsun maddi köməyi ilə maliyyələşirdi. Mittaq-Lefflerin Stokholm ətrafında Yursholmdakı villasında böyük riyazi kitabxanası var idi. Ev və onun içindəki əşyalar Mittaq-Leffler İnstitutu kimi Elmlər Akademiyasına bağışlanıb.[6]

İstinadlar

  1. M Gustaf (Gösta) Mittag-Leffler (швед.). 1917.
  2. 18460316 Mittag-Leffler, Magnus Gustaf // Sveriges dödbok.
  3. www.accademiadellescienze.it (it.).
  4. Mittag Leffler, Magnus Gustaf, f. 1846 i Stockholm, Professor // Swedish Census 1880 (швед.). Riksarkivet.
  5. "Члены Санкт-Петербургского математического общества в 1890—1899 годы". 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-08.
  6. Gårding, Lars. Gösta Mittag-Leffler — a biography // Mathematics and Mathematicians. Mathematics in Sweden before 1950. History of mathematics. 13. American Mathematical Society. 1998. səh. 73. ISBN 978-0-8218-9045-5. 18 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2021.

Ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.