Qusinaya Zemlya
Qusinaya Zemlya — Rusiyanın Arxangelsk vilayəti ərazisində, Cənub adasında yerləşən iri yarımada. Yarımadada Cənub adasının ən ucqar qərb nöqtəsi olan burun yerləşir. Sshilində yerləşən burunlar: Sokolov, Morozov, Lile, Srednı Qusinıy Nos, Yujnıy Qusinıy Nos, Ne-Bazar-Salya, Lyudsalya, Severnıy Qusinıy Nos. İri çayları: Yunko, Seqrıyaxa, Qərbi Yunko, Şərqi Yunko, Pessovaya, Sauçix, Latayaxa, Krest-Yaxa, Muçyaxa. Yarımada Kostin Şar boğazını Roqaçyov körfəsindən ayırır. Sahillərində Beluşey, Qaqarin, Osiveypaxs vı Litke körfəzləri vardır.
Qusinaya Zemlya | |
---|---|
Ümumi məlumatlar | |
Ən yüksək nöqtəsi | 284 m |
Yerləşməsi | |
71°47′00″ şm. e. 52°00′00″ ş. u. | |
Akvatoriya | Barens dənizi |
Ölkə | Rusiya |
|
Yarımadanın relyefi hamardır. Ən hündür zirvəsi 284 metrdir. Digər zirvələri: Pessovaya (218 m), Osobennaya (89 m). Cənub-qərbində Yalmax silsiləsi uzanır. Onjn maksimal hündürlüyü 174 netrdir. Bəzi əraziləri bataqlıqlaşmışdır. Ən böyük gölü Qaz gölüdür.
Sahilində dərinlik 123 metrdir. Orta qabarma 1 metrdir. Sahillərində Roqaçyov və Beluşya Quba qəsəbələri yerləmir.
Faunası tundraya aiddir. Minlərlə qaz müşahidə edilir. Yarımadaya şimal maralı otarılmağa gətirilir[1]
Kinoda adının qeyd olunması
Yarımadaya aid bir dəhnə Kovoy PQ-17 filmində verilir. Burada alman hücumundan sonra müttəfiqlərin mülki dənizçiləri yarımadaya yan almaq məcburiyyəti qarşısında qalırlar.
Həmçinin bax
İstinadlar
- Гусиная Земля // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.