Qusar

Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2] Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir.

Bu məqalə Qusar şəhəri haqqındadır. Rayon üçün Qusar rayonu səhifəsinə baxın.
Şəhər
Qusar
41°25′19″ şm. e. 48°25′17″ ş. u.
Ölkə
Rayon Qusar rayonu
İcra başçısı Şair Alxasov
Tarixi və coğrafiyası
Yaşayış məntəqəsi statuslu 1938-ci ildən
Mərkəzin hündürlüyü 680 m
Saat qurşağı
Əhalisi
Əhalisi 21 341[1] nəfər (2023)
Milli tərkibi azərbaycanlılar, ləzgilər və b.
Dini tərkibi müsəlmanlar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 2338
Poçt indeksi AZ 3800
Nəqliyyat kodu 38
Digər
qusar-ih.gov.az
Qusar xəritədə
Qusar
Qusar
Qusar xəritədə
Qusar
Qusar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər.

Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir.[3]

Bakı şəhərindən məsafəsi 180 km-dir.

Etimologiya

İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir.[4]

Tarixi

Rusiya imperiyası ilə müharibə

1837–1839-cu illərdə Qusarın ərazisində[5][6] İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına Qazavat elan edirlər.[7][8] Bölgəsinin bütün Ləzgi soyları bu üsyanda iştirak elədi, ümumilə 12.000 mürid var idi.[5][6]

Mədəniyyəti

Mətbəx

Qusar mətbəxi Azərbaycanın ən tanınmış mətbəxlərindən biri olmaqla, çox zəngindir.

Abidələr

Qusarda soyqırım abidəsi "Ermənilər silahlı, dinc camaat isə əliyalın olub. Əlbəyaxa döyüşdə yüzlərlə insan ölüb, o vaxt sıx kolluq olan Qanlı dərədə ermənilərin qarşısını qorxmadan kəsən xeyli adamın qanı gedib, dərədə qan su yerinə axıb. O vaxt həmin dərə Şimi dərə adlanırdı, faciədən sonra bura Qanlı dərə adlandırılıb".

Əhalisi

01.01.2023-cu il siyahıyaalınmasına əsasən Qusar şəhərində yaşayanların sayı 21 341 nəfər olmuşdur.[9]

Şəhər Ləzgilərin kompakt yaşadığı ərazi olmasına baxmayaraq, son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azalıb, bununla bağlı UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğunu bildirib.[10]

Qusar şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa.[11] Nisbəti, 1970 sa.[11]
cəmi11 144100.0 %
ləzgi8 25774.1 %
azərbaycanlı1 41312.7 %
rusukraynalı9738.7 %
yəhudi3132.8 %
erməni650.6 %
tatar280.3 %
gürcü60.1 %
avar10.1 %
İlSayı
1926 1.994 [12]
1939 4.329 [13]
İlSayı
1959 7.366 [14]
1970 11.144 [15]
İlSayı
1979 12.225 [16]
1989 14.230 [17]
İlSayı
2009 16.500 [18]

Ərazisi

Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690–730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir.

Qalereya

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  2. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8
  3. "Arxivlənmiş surət". 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  4. Everett-Heath, John. Gusar(i) // The Concise Dictionary of World Place-Names (6). Oxford University Press. 2020. ISBN 978-0191905636. 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
  5. Сумбатзаде, 1961
  6. АСЭ, 1979
  7. "Куба: апрель-май 1918 г. мусульманские погромы в документах — Солмаз Рустамова-Тогиди — Google Книги". 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  8. "Arxivlənmiş surət". 2020-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  9. Samadov (www.anarsamadov.net), Anar. "Azərbaycanın regionları". Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (az.). 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  10. "Arxivlənmiş surət". 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
  11. Ethno-Caucasus, Этнодемография Кавказа: Кусарский район (перепись 1970 года) Arxivləşdirilib 2019-07-27 at the Wayback Machine
  12. SSRİ əhalisinin siyahıya alınması (1926).
  13. SSRİ əhalisinin siyahıya alınması (1939).
  14. SSRİ əhalisinin siyahıya alınması (1959).
  15. SSRİ əhalisinin siyahıya alınması (1970).
  16. SSRİ əhalisinin siyahıya alınması (1979).
  17. SSRİ əhalisinin siyahıya alınması (1989).
  18. http://www.azstat.org/region/az/007_4.xls.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.