Qurultay

Qurultay – 1)müəyyən təşkilatın, yaradıcı birliklərin, əhali qruplarının, müəyyən sahələrin nümayəndələrinin geniş yığıncağı; 2)hər hansı təşkilatın və ya əhali qruplarının, hər hansı sahə xadimlərinin nümayəndələrinin yığıncağı; 3)hər hansı bir təşkilat və ya ixtisas nümayəndələrinin ictimai-siyasi, yaxud elmi xarakter daşıyan geniş yığıncağı. Məsələn, həmkarlar ittifaqları qurultayı, müəllimlər qurultayı, sənaye işçilərinin qurultayı.

Qurultay — Qədim Türk dövlətlərində sayılıb-seçilən insanların iştirakı ilə mühüm məsələləri müzakirə və həll etmək üçün görüş.

Qurultay — ictimai təşkilatın, siyasi partiyanın və ya sosial, həmkarlar, milli və ya digər qrupun nümayəndələrinin ali, səlahiyyətli toplantısı. Qurultay nümayəndələri ilk, ərazi təşkilatlarında seçilir və qrup üzrə ali səlahiyyətə malik olurlar.

Ədəbiyyatı

  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201v. s.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.