Quruboğaz
Quruboğaz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd.[2]
Kənd | |
Quruboğaz | |
---|---|
40°41′38″ şm. e. 44°21′24″ ş. u. | |
Ölkə | Ermənistan |
Rayon | Alagöz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.100 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0422 |
|
Tarixi
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra - 15 mart 1972-ci ildən sonra Abaran rayonunun inzibati - ərazi bölgüsündən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir.
Toponim türk dilində «bitkisiz, çılpaq, yaşıllıqsız»[3], «quru daşlı düzənlik»[4] mənasında işlənən quru sözü ilə Azərbaycan dilində «dərələrin, çayların baş tərəfi, çay ağzı», «iki dağ arasındakı dar keçid»mənasında işlənən boğaz sözünün[5][6][7] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Quruboğaz dağı
Quruboğaz İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda dağ. Abaranın şimal-şərqində yerləşir. Oronim Azərbaycan dilində «bitkisiz, çılpaq, yaşıllıqsız» mənasında işlənən quru sözü ilə[3], iki dağ arasındakı dar keçid», «keçid» mənasında işlənən boğaz sözünün[5][6][8] birləşməsindən əmələ gəlmişdir. «Boğaz» sözü həm də «dar yer» mənasında işlənir[9]. Quruluşca mürəkkəb oronimdir.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.582
- Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.320
- Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.295
- Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.99
- Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.86-87
- Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.38
- Məmmədov N.G. Azərbaycan Respublikasının oronimləri, Bakı, Bakı Universiteti nəşriyyatı, 1999. s.149