Qurqan (İrəvan xanlığı)

Qurqan - İrəvan xanlığının Sürməli mahalında kənd adı.

Tarixi İrəvan xanlığı əraziləri
Qurqan
Ümumi məlumatlar
Ləğv edilib 1828-1832-ci

Tarixi

1828-1832-ci illərdə əhalisi qovulmuş və kənd dağılmışdır[1]. Bu kəndin adının mə'nası haqqında üç mülahizə irəli sürmək olar.

  1. XIII əsrdə monqolların tərkibində gəlmiş türkmənşəli Qurqan tayfasının[2] adını əks etdirir.
  2. Türk dillərində qurqan - düzən yerdə 1000 alaçıqdan ibarət dairəvi formalı dayanacaq, düşərgə sözündəndir.
  3. Türk dillərində tayfa başçısının qəbri üstündə ucaldılan konusvarı təpə-kurqan sözündəndir. Qeyd edilməlidir ki, Azərbaycan və ERmənistan ərazilərində qədim türk tayfalarına məxsus olan bə'zi kurqanlar xalq içərisində XIX əsrə qədər müqəddəs sayılırdı (məs: Laçın r-nunda Qurqanbaba piri və s.).

İstinadlar

  1. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  2. Raşid ad-Din. Sbornik lеtopisеy. Tom I, kn.I, M-L., 1952, s.77
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.