Quriya knyazlığı
Quriya knyazlığı – Gürcüstanda mövcud olmuş tarixi dövlət. Quriya kəlməsi meqrelcə və lazca kökənli kəlimədir, qəlb və ya mərkəz deməkdir. Gürcüstanın cənub-qərb bölgəsində yerləşən Quriya Qara dənizlə Kiçik Qafqaz dağlarının arasında yerləşir. 1463-cü ildən 1829-cu ilə qədər Qurieli sülaləsinə mənsub 22 şahzadə tərəfindən idarə edilmişdir. Gürcüstan çarlığının parçalanmasından sonra ortaya çıxmış və sərhədləri Osmanlı ilə davamlı meydana çıxan müharibələrə görə tez-tez dəyişmişdir. 1829-cu ildə Rusiya tərəfindən ləğv edilənə qədər müxtəlif muxtar hüquqlara malik olmuşdur.[1]
Tarixi dövlət | |||
Quriya knyazlığı | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Ozurgeti | ||
Dilləri | gürcü dili | ||
İdarəetmə forması | knyazlıq[d] | ||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Quriya knyazlığı Rioni və Çoruh çaylarının arasında olan, XIII əsrin əvvəllərindən bəri monarxiya yolu ilə başa keçən hakimlər (eristavi) tərəfindən idarə edilən Gürcüstan krallığının bir bölgəsi idi. Gürcüstan çarlığının Qurieli rütbəsini verdiyi Quriyalı ailə Gürcüstanın monqollar tərəfindən istilasını fürsət bilərək 1280-ci illərdə müstəqilliyini elan etsə də, 1330-cu illərdə monqolların təzyiqi ilə V Georginin hakimiyyətini qəbul etməyə məcbur oldular. V Baqratın hakimiyyətə keçməsindən sonra Quriyanın şimalında svanlar üsyan qaldırdılar. V Baqrat üsyançıları məğlubiyyətə uğratdı, lakin 1362-ci ildə Quriyanı Svaneti knyazlığına verdi və Quriya Vardanidze sülaləsi tərəfindən idarə edilməyə başlandı.[2]
1460-cı illərdə Vardanidze və Qurieli sülalələri Gürcüstan çarlığı hakimi Baqrationi sülaləsinin iqtidarının zəiflədiyi dövrlərdə kral VIII Georginin hakimiyyətini qəbul etməyən qərbi Gürcüstan kralı Baqrat tərəfindən idarə edilən üsyana qatıldılar. 1463-cü ildə Baqrat və müttəfiqləri Çihori döyüşündə kralı məğlub etdilər. Beləliklə, Georgi qərbi Gürcüstan üzərindəki hakimiyyətini itirdi və Baqrat İmereti kralı olaraq taxta keçdi. Yeni qurulmuş monarxiya müttəfiqliklərinin qarşılığı olaraq onlara yarım müstəqil knyazlıq imtiyazları veridlər. 1491-ci ildə Ozurgetidə Qurieli sülaləsi knyaz taxtına çıxdı. 1491-ci ildə I Georgi Qurieli taxta çıxdı.[3]
Qərbi Gürcüstanda Qurieli sülaləsi ilə Meqreliya Dadiani sülaləsi hakimiyyət uğrunda mübarizə aparırdı. Lakin bu iki knyazlıq 1533-cü ildə Abxaziyanın şimalında yaşayan quldur topluluq olan Zygiilərə qarşı birgə hücum təşkil etsələr də, uğursuz oldular. Bu uğursuz hücumun nəticəsi olaraq İmereti kralı müvəqqəti də olsa, Quriya üzərində öz hakimiyyətini qurdu.[4]
Osmanlı hakimiyyəti
XVI əsrin ortalarından etibarən Quriya knyazları İmereti çarlığından de-fakto olaraq müstəqilliklərini davam etdirsələr də, ciddi təhdid ilə üzləşdlər. Cənubda yeni ortaya çıxan qonşuları Osmanlı imperiyası 1540-cı illərdə Quriya limanlarını mühasirəyə aldı və daha sonra Rostom Qurieli tərəfindən yenidən əldə ediləcək olan Acara, Şimali Çaneti və Macahel bölgələrini işğal etdilər. 1545-ci ildə Sohoista döyüşündə birləşmiş gürcü ittifaqının məğlub olması ilə vəziyyət daha da çətinləndi. II Mamiya Qurieli 1609-cu ildə Acaranı yenidən torpaqlarına qatdı, lakin 1614-cü ildə bölgəni Osmanlıya buraxmaq və illik xərac ödəməyə məcbur oldu. Quriya qərbi Gürcüstandakı davamlı feodal müahribələri nəticəsində qonşusu Meqreliya knyazlığı vassallığını qəbul etdi. Daha sonrala Quriya knyazlarının bir çoxları, xüsusilə III Georgi Qurieli və III Mamiya Qurieli olmaqla, Meqreliya və İmereti taxtlarını ələ keçirməyə çalışdılar.
Quriya XVIII əsrin əvvəllərində Osmanlı işğalları və daxili çəkişmələr səbəbiylə siyasi və iqtisadi eniş dövrü keçirirdi. Quriya knyazlarının digər gürcü hakimləri və Çar Rusiyası ilə ittifaq qurma cəhdləri Osmanlı hücumlarına səbəb oldu. 1723-cü ildə Qurieli Batum və Çakvini itirdi və Quriya sahilləri də Osmanlı hakimiyyətinə keçdi. Quriyalıların 1768-1774 Osmanlı-Rus müharibəsində Rusiya impeiyasına dəstəkləri Osmanlının etirazına səbəb oldu. Nəticədə Kobuleti və ətrafı Quriyadan ayırdıldı və islamdırıldı. İslami qəbul etmək köləlikdən qurtulmanın ən asan yolu idi. Qalan xristian əhali isə Gürcüstanda daha təhlükəsiz bölgələrə köç etməyə məcbur oldu. Yayqınlaşan qul ticarəti və basqınlar Quriyanın bəzi bölgələrində əhali sayının kəskin azalmasına səbəb oldu. Quriyanın əhalisi Güldenştadta görə 5.000 ailə və 1770-ci illərdə Yakob Reyneqqsə görə isə 6.000 ailə idi.[5]
Çar Rusiyası hakimiyyəti
Quriya knyazları daha sonrakı dövrlərdə Çarlıq Rusiyasını dəstəklədilər. 1806-1812 Osmanlı-Rus müharibəsi zamanın 9 iyun 1810-cu ildə V Mamiya Qurieli çarlıq hakimiyyətini qəbul etdi. Quriya Rusiya imperiyasına muxtar knyazlıq olaraq daxil oldu. V Mamiya Qurieli iqtisadi və təhsil məsələlərində Avropa tərzində islahatlar apardı. O, 1820-ci illərdə əmisi Kaihosronun İmereti və Quriyada çarlıq hakimiyyətinin Gürcüstan ortodoks kilsəsinə qarşı münasibəti və ağır vergilərə görə meydana çəxan üsyana qatılmasına rəğmən, rus hakimiyyətinə sadiq qaldı. Onun ölməsi ilə 1826-cı ildə yetkin yaşda olmayan oğlu David Qurieli şahzadə Sopio Qurielinin naibliyi altında taxta çıxdı. Sopio Qurieli çarlıq hökumətindən Quriyanın muxtar statusunun davam etdirilməsi məsələsində əmin olmadığı üçün 1828-1829 Osmanlı-Rus müharibəsində Osmanlını dəstəklədi. Buna cavab olaraq, 1829-cu ildə çar hakimiyyəti təərfindən Osmanlıya sürgün edildi və David taxtdan endirildi. Knyazlıq imperiya tərəfindən ilhaq edildi. İlk əvvəllərdə Quriya müvəqqəti hökumətlə idarə edilsə də, 1840-cı ildə Kutaisi quberniyasına daxil edildi.[6]
Həmçinin bax
İstinadlar
- Bryer, Anthony. The Byzantine monuments and topography of the Pontos. [Scholarly Publishing Office, University of Michigan]. 2008. ISBN 9781597403177. OCLC 681432739.
- Suny, Ronald Grigor (1994), The Making of the Georgian Nation: 2nd edition, p. 45. Indiana University Press, ISBN 0-253-20915-3
- Encyclopædia metropolitana, ed. by Edward Smedley, Hugh James Rose and Henry John Rose (1845), p. 532.
- Lang, David M. (1957), The Last Years of the Georgian Monarchy: 1658-1832, p. 56. New York City: Columbia University Press
- (gürc.) "გურიის სამთავრო" (Principality of Guria). In: ქართული საბჭოთა ენციკლოპედია (Encyclopaedia Georgiana). Vol. 3: p. 314-5. Tbilisi, 1978.
- Lang, David M. (1957), The Last Years of the Georgian Monarchy: 1658-1832, p. 52. New York City: Columbia University Press