Qurgen Antonyan
Qurgen Gerasimoviç Antonyan (erm. Գուրգեն Գերասիմի Անտոնյան; 3 yanvar 1911[1][2], Çıraqlı, Cavanşir qəzası[1][2] – 7 may 1984[2], Bakı[2]) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor (1950), Azərbaycan SSR əməkdar elm xadimi (1973), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun erməni dili və ədəbiyyatı kafedrasının müdiri (1943–1974).
Qurgen Antonyan | |
---|---|
Doğum tarixi | 3 yanvar 1911[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 7 may 1984[2] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri |
|
Üzvlüyü |
|
Mükafatları |
Həyatı
Qurgen Gerasimoviç Antonyan 1911-ci il yanvarın 3-də bügünkü Tərtər rayonunun Qasapet kəndində anadan olmuşdur.[3] 1933-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934–1937-ci illərdə həmin universitetin aspiranturasında oxumuşdur. Elmi rəhbəri Arsen Terteryan olmuşdur. 1937–1974-cü illərdə Bakıda V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) çalışmışdır. 1943–1974-cü illərdə həmin institutun erməni dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1974–1984-cü illərdə Stepanakert Pedaqoji İnstitutunda çalışmışdır.
7 may 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Fəaliyyəti
Ədəbi fəaliyyəti əsasən iki qonşu xalq olan azərbaycanlılar və ermənilər arasındakı ədəbi əlaqələrin tarixinə ("Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqəsi", "Ədəbiyyatda erməni-Azərbaycan dostluğu" və s.), eləcə də Azərbaycanda yaşayıb-yaratmış və yaradan erməni yazıçılarının əsərlərinə aiddir.
Əsərləri
- Արևմտահայ ռեալիստական արձակը (Erməni realist nəsri). Bakı, 1939;
- Նիզամին և հայ գրականությունը (Nizami və erməni xalqı). Bakı, 1947;
- Հայ և ադրբեջանական ժողովուրդների բարեկամության արտացոլումը XIX–XX դարերի գրականության մեջ (Erməni və Azərbaycan xalqları dostluğunun XIX–XX əsrlər ədəbiyyatında əksi). Bakı: Azərnəşr, 1950;
- Реакционное движение Шамиля и некоторые вопросы армянской общественной мысли XIX века. Баку, 1952;
- Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqəsi. Bakı: Azərnəşr, 1955;
- Սամեդ Վուրղուն (Səməd Vurğun). Bakı, 1958;
- Հայ-ադրբեջանական բարեկամությունը գրականության մեջ (Ədəbiyyatda erməni-Azərbaycan dostluğu). Yerevan: Haypetrat, 1962.
İstinadlar
- Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- Erməni Qısa Ensiklopediyası (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
- Ermənistan Sovet Ensiklopediyası. I. 1974. səh. 456.