Qurdlar məhəlləsi (Şuşa)
Qurdlar məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri[1][2]. Qarabağın tanınmış soylarından olan Zöhrabbəyovların evi, Qaraböyük xanım sarayı, məşhur ictimai xadim, yazıçı, pedaqoq Əhməd bəy Ağaoğlunun atasının mülkü bu məhəllədə yerləşir.[3]
Qurdlar məhəlləsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Haqqında
Məhəllədə Qaraböyük xanım sarayı yerləşir. Bu saray Şuşa qalası ərazisində salamat qalmış 2 saraydan biridir. Qalanın giriş qapısının üzərindəki kitabədə onu 1768-ci ildə tikildiyi qeyd olunub.[4]
Məhəllədə yerləşən mülklərdən biri də Zöhrabbəyovun evidir. Bu ev XIX əsrdə tikilib. Sovet işğalından sonra ev müsadirə olunub və burada Şuşa şəkil qalereyası fəaliyyət göstərib.[5] 1992-ci ildə Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. Hazırda bina yarıdağılmış vəziyyətdədir.[6]
Qurdlar məhəlləsində həmçinin Əhməd bəy Ağaoğlunun doğulub böyüdüyü ev də yerləşib. Sovet işğalından sonra bu binadan idarə və müəssisə, pansionat və məktəb kimi istifadə edilib. Yerli camaat arasında “Lesnaya şkola” kimi tanınıb. 1992-ci ildə Şuşa işğal edildikdən sonra Əhməd bəy Ağaoğlunun evi tamamilə dağıdılıb.[7] Şuşa azad olunduqdan sonra Əhməd bəy Ağaoğlunun evində təsis olunan, mərkəzi Ankarada yerləşən Türk Ocaqlarının Ümumi Mərkəzi bütün xərcləri öz üzərinə götürərək Ağaoğlunun dağıdılmış evini əvvəlki halını bərpa etmək üçün Azərbaycan dövlətinə müraciət edib.[8]
Şəkillər
Həmçinin bax
İstinadlar
- Çingiz Qacar. Köhnə Şuşa (PDF). Bakı: Şərq-Qərb . 2019. səh. 78. 2022-02-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-08.
- Yunis Hüseynov. Qarabağ tarixi mənbələrdə (PDF). Bakı: Şuşa nəşriyyatı. 2012. səh. 76. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-08.
- Nərimanoğlu, Məhəmməd. "Şuşanın məşhur məhəllələri". Azərbaycan . Bakı. 26 dekabr 2021. Archived from the original on 2022-01-07. İstifadə tarixi: 2022-02-08.
- Elturan Avalov. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Bakı: Elm. 1977. səh. 25. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
- Nigar Adil, Səbuhi Məmmədli. "Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı - I hissə" (az.). lent.az. 21.01.2021. 21.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.02.2022.
- Yelena Ostapenko, Emil Nəsirov. "Воспоминания дочери бека: «Я помню наш дом в Шуше вплоть до последнего камня…»/ Bəy qızının xatirələri: "Mən Şuşadakı evimizin axırıncı daşına qədər xatırlayıram"" (rus). 1news.az. 01.03.2021. 27.09.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.02.2022.
- "Əhməd bəy Ağaoğlunun Şuşadakı evi - Qənirə Paşayevadan" (az.). bizim.media. 05.09.2021. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.02.2022.
- İsmayıl Qocayev. ""Türk ocağı" Əhməd bəy Ağaoğlunun evini yenidən qurmağa hazırdır"" (az.). sherg.az. 30.09.2021. 02.11.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.02.2022.