Qurdbayram
Qurdbayram — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qarabucaq qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qurdbayram kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarabucaq qəsəbəsi mərkəz olmaqla, Qarabucaq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Qurdbayram | |
---|---|
40°30′58″ şm. e. 48°05′27″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Kəndin adı Qurd ləqəbli Bayram adlı şəxsin adı ilə əlaqədardır.[2]
Coğrafiyası və iqlimi
Kənd Şirvan düzündə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- Qurdbayram // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.