Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır.[1]
İcrası
Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar.[1]
Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.[1]
İstinadlar
- Kalafat, Y. (2006). Türk Halklarında Kurt Ağzı Bağlama İnancı . Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , 1 (20) , 273-280 . Retrieved from https://dergipark.org.tr/tr/pub/erusosbilder/issue/23753/253078 Arxivləşdirilib 2023-07-09 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.