Qurbanxan Müslümov
Qurbanxan Müslümov (2 mart 1968, Buruq, Lerik rayonu) — Mustafa Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin yoğun və düz bağırsağın cərrahlığı (Koloproktologiya) şöbəsinin rəhbəri, tibb elmləri doktoru, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasının professoru, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti.
Qurbanxan Müslümov | |
---|---|
Qurbanxan Fətəli oğlu Müslümov | |
Doğum tarixi | 2 mart 1968 (56 yaş) |
Doğum yeri | |
Elm sahələri | tibb, cərrahiyyə |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri |
|
Elmi rəhbərləri | prof.B.Ağayev, prof. S.Post(Almaniya) |
Tanınır | Almaniyada cərrahiyyə üzrə təhsil almiş professor, Azərbaycanda hepatopankreatobiliar, kolorektal və minimal invaziv cərrahiyyə sahəsində böyük təcrübəsi olan cərrah |
Mükafatları | Özbəkistan Həkimləri Təkmilləşdirmə İnstitutunun fəxri professoru, Buxara Dövlət Tibb Universitetinin fəxri professoru |
gurbanmuslumov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2005–2009-cu illər ərzində Almaniyanın Haydelberq Universitetinin Mannheim Cərrahlıq klinikasında 5 il ərzində həkim cərrah kimi çalışmış və Pankreas cərrahlığı, qara ciyər öd yolları cərrahlığı, minimal invaziv cərrahiyyə, onkoloji cərrahiyyə, kolorektal və torakal cərrahiyyə üzrə ixtisaslaşmış və visseral cərrah kimi yetişmişdir. Azərbaycana qayitdiqdan sonra burada müasir pankreas və biliar cərrahiyyənin təşəkkül tapmasında əvəzsiz xidmətləri olmuş, ilk dəfə böyük seriya Traverso əməliyyatları, drenajlanma olmadan rekonstruktiv biliar əməliyyatlar, yoğun və düz bağırsaq patologiyaları zamanı mürəkkəb laparoskopik əməliyyatlar aparmaqla yanaşı müasir irəli laparoskopik cərrahiyyənin əsasını qoymuşdur. Belə ki, respublikmızda ilk torako-laparoskopik ezofaqektomiya, ilk total laporoskopik Vipple əməliyyatı, laparoskopik total qastrektomiya, laparoskopik total MRE ilə düz bağırsaq əməliyyatları, düz bağırsağın anal kanala yaxın törəmələri zamanı laparoskopik çox aşağı intrasfinkter rezeksiyalar, laparoskopik pankreatektomiyalar prof. Q. Müslümov tərəfindən icra edilmişdir. Bununla bərabər o, 2013-cü ildə Avropada məşhur Davos Cərrahiyyə kurslarının treyneri seçildikdən sonra 2008-ci ildən başlayaraq sədri olduğu Azərbaycan-Almaniya Tibbi əməkdaşlıq Cəmiyyətinin nəzdində ilk Tibbi Treyninq Kursları və Cərrahi Simulyasiya Mərkəzi yaradaraq azərbaycanlı gənc həkimlərə və tələbələrə açıq və laparoskpik cərrahiyyənin müasir texnikalarını öyrətməyə başlamışdır. Getdikcə Avropa və yaxın xaric ölkələrində məşhurlaşan azərbaycanlı cərrah Dagıstanda, Özbəkistanda və Qazaxstanda mürəkkəb əməliyyatlar icra etməyə, leksiyalar deməyə və həkimlər üçün ustad dərsləri təşkil etmək üçün dəvət edilməyə başlamışdır. Bu fəaliyyətinə görə 2017-ci ildə o, Özbəkistan Həkimləri Təkmilləşdirmə İnstitutunun və Təcili Tibbi Yardım İnstitunun 2018-ci ildə isə Buxara Dövlət Tibb Universitetinin fəxri professoru seçilmişdir. Eyni zamanda Dağıstan Tibb Universitetinin fəxri professoru seçilmişdir. Hazirda Prof. Q. Müslümov təkcə Azərbaycanda deyil bütün regionda minimal-invaziv cərrahiyyə, qida borusu cərrahlığı, hepato-pankreato-biliar cərrahiyyə, kolorektal cərrahiyyə sahələrində ən sayılan mütəxəssislərdən biridir.
Həyatı
Müslümov Qurbanxan Fətəli oğlu 2 mart 1968-ci ildə Lerik rayonunda anadan olub. 1985-ci ildə Lerik rayonu Buruq kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1992-ci ildə universiteti bitirmişdir.
1993-cü ildə Füzuli rayonunda Tibbi Evakuasiya Hospitalının komandiri olmuşdur.
1993–1995-ci ildə M. Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Cərrahlıq ixtisası üzrə kliniki ordinatura keçmişdir.
1995–2000-ci illər ərzində M. Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Mədə-bağırsaq cərrahlığı şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir.
2001-ci ildən M. Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Qara ciyər, öd yolları və pancreas cərrahlığı şöbəsində böyük elmi işçisi vəzifəsində işləmiş, 2018-ci ildən Mustafa Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində zoğun və düz bağırsağın cərrahlığı şöbəsinin rəhbəri vazifəsində çalışır.
1997–2018-ci illər ərzində M. Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Elmi Katibi vəzifəsində işləmişdir.
2005–2009-cu illər ərzində Almaniya, Haydelberq Universiteti, Mannheim Cərrahlıq Klinikasında Ümumi, Visseral və laporoskopik cərrah kimi işləmişdir.
2013-cü ildən Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahlıq kafedrasının professorudur.
2007-ci ildən Alman Cərrahlar Cəmiyyətinin üzvü, 2008-ci ildən Almaniya Azərbaycan Cərrahlar Cəmiyyətinin sədridir.
2013-cü ildən Davos Gastrointestinal Cərrahiyyə kursunun yeganə qeyri avropalı treyneridir.
2016-cı ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədr müavinidir.
2017-ci ildən Özbəkistanın Elmi Tədqiqat Təcili Tibbi Yardim İnstitutu və Həkimləri Təkmilləşdirmə İnstitutunun fəxri professorudur.
2018-ci ildən Buxara Dövlət Tibb Universitetinin fəxri professorudur.
1999-cu ildə Öd yollarının çapıq strikturalarının cərrahi müalicəsi mövzusunda tibb elmləri namizədliyini müdafiə etmişdir. 2006–2009-cu illər ərzində Almaniya, Haydelberq Universiteti, Mannheim Cərrahlıq klinikasında doktorantura keçmişdir[1]. 2010-cu ildə "Mədəaltı vəzinin xərçənginin cərrahi müalicəsi zamanı bəzi gen faktorlarının müalicənin nəticəsinə təsiri" mövzusunda doktorluq dissertasiyasi müdafiə edərək Tibb Elmləri Doktoru adına layiq görülmüşdür. 2017-ci ildə professor adını almışdır.
Ailəsi
Evlidir , 4 övladı var.
Kitabları
- "Həkimlik və təbabət haqqında etüdlər". Bakı, "Ozan", 2005, 224 səh., 500 nüsxə. (Azad Mirzəcanzadə və Xanbaba Hüseynov ilə ortaqlı)
İcra etdiyi əməliyyatlar
- Qasıq, göbək və əməliyyatdan sonrakı yırtıqların laparoskopik plastikası;
- Qasıq yırtıqlarının tək portdan əməliyyatı (izsiz laparoskopik hernioplastika);
- Qida borusunun şişinə və digər patologiyalarına görə açıq və torakolaparoskopik əməliyyatlar;
- Diafraqmanın birincili və residiv yırtıqları və reflüksə görə laparoskopik fundoplikasiyalar (eləcə də təkrari əməliyyatlar);
- Axalaziyaya görə laparoskopik miotomiyalar;
- Bütün növ mədə əməliyyatları (D3 laparoskopik və açıq qastrektomiyalar);
- Mədəaltı vəzin şişinə və kistalarına görə açıq və laparoskopik əməliyyatlar;
- Qara ciyər və öd yolları üzərində birincili və rekonstruktiv əməliyyatlar;
- Qalıq öd kisəsi və öd yollarının zədələnmələrinə görə laparoskopik əməliyyatlar;
- Dalağın şişləri və kistaları zamanı dalağın laparoskopik hissəvi rezeksiyaları. Yoğun və düz bağırsağın şişlərinə görə laparoskopik əməliyyatlar (eləcə də tək portdan);
- Düz bağırsağın anusa yaxın şişləri zamanı sfinkteri qorumaqla laparoskopik rezeksiyalar;
- Kəskin xoralı kolit və polipoza görə total laparoskopik kolektomiyalar;
- Endoskopik üsulla izsiz və kəsiksiz tiroidektomiya (Zob əməliyyatı);
- Ağ ciyərdə exinokok və bulloz xəstəliyə görə torakoskopik (kəsiksiz) əməliyyatlar;
- Laparoskopik nefrektomiya və histerektomiya;
- Bariatrik və metobolik cərrahiyyə;
- Börəküstü vəzin şişlərinə görə laparoskopik adrenalektomiya;
- Tək dəlikdən laparoskopik əməliyyatlar;
- Stomaların laparoskopik üsulla ləğv edilməsi;
- Öd kisəsinin tək portdan xaric edilməsi (izsiz xolesistektomiya)
- Lazerlə və Ligasure hemorroidektomiya
- Düz bağırsaq fistullarının və rekto-vaginal fistulların ləğv edilməsi;
- Düz bağırsaq və uşaqlığın sallanmasına görə laparoskopik əməliyyatlar;
- Uşaqlıq əməliyyatlarından sonra usaqlıq yolu ilə sidik kisəsi və düz bağırsaq arasında yaranmış fistulların laparoskopik üsulla ləğv edilməsi.
İxtisaslaşma və iş təcrübəsi
- 1993–1995 — M. Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, cərrahiyyə üzrə kliniki ordinatura;
- 1995-bu günə qədər — M. Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzində cərrah
- 2000 — Namizədlik dissertasiyasının müdafiəsi;
- 2004–2009 — Almaniyanın Heidelberg Universitetinin Mannhaym Cərrahlıq Klinikası, visseral, laparoskopik və onkoloji cərrahiyyə üzrə işləmişdir;
- 2006 — Hepato-Pankreato-Biliar-Cərrahlıq üzrə 5 aylıq ixtisas kursu, Almaniya;
- 2008 — Almaniyanın Heidelberg Universitetinin Mannhaym Cərrahlıq Klinikasında doktorluq dissertasiyasının müdafiəsi;
- 2008 — Kolorektal Cərrahiyyə üzrə 6 aylıq ixtisaslaşma kursu, Almaniya və İsveçrə;
- 2009 — Azərbaycanda doktorluq dissertasiyasının müdafiəsi;
- 2009–2010 — Laparoskopik Cərrahiyyə üzrə 1 illik ixtisaslaşma kursu, Almaniya;
- 2014, 2017 — Robotik Cərrahiyyə üzrə 3 aylıq ixtisaslaşma kursu, Almaniya;
- 2015 — Torakoskopik və açıq torakal cərrahiyyə üzrə ixtisaslaşma kursu, İsveçrə
- 2015 — bu günə qədər — Avropa Tibb Universitetlərinin təsisçisi olduğu Davos Gastrointestinal Cərrahi Treyning Kurslarının Treyneri;
- 2016 — Endokrin cərrahiyyə və endoskopik tiroidektomiya üzrə ixtisaslaşma kursu, Almaniya;
- 2017–2018 — Bariatrik və Metobolik cərrahiyyə üzrə 5 aylıq ixtisaslaşma kursu, Alamniya-İsveçrə
- 2014 — Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru;
- 2017–2019 — Özbəkistan Təcili Cərrahiyyə İnstitutu, Buxara Tibb İnstitutu və Dağıstan Tibb Universaitetinin fəxri professoru;
- 2008 — Azərbaycan Almaniya Tibb Cəmiyyətinin sədri;
- 2013 — Azərbaycanda ilk və yeganə Almaz Akademi Azərbaycan Almaniya Tibbi Treyninq Mərkəzinin təsisçisi və rəhbəri
- 2009, 2014, 2018 Onkoloji cərrahiyyə üzrə uzunmüddətli ixtisaslaşma kursu
- 2020 — Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti.