Qurbanqulu Berdiməhəmmədov
Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədov (türkm. Gurbanguly Mälikgulyýewiç Berdimuhamedow; 29 iyun 1957[1][2], Babarap[d], Türkmənistan SSR, SSRİ) — Türkmənistan Respublikasının Dövlət Xadimi, 2007-ci ildən etibarən Türkmənistan Respublikasının 2-ci Prezidenti (14 fevral 2007 – 19 mart 2022) .
Qurbanqulu Berdiməhəmmədov | |
---|---|
türkm. Gurbanguly Berdimuhamedow | |
| |
14 fevral 2007 – 19 mart 2022 | |
Əvvəlki | Saparmurat Niyazov |
Sonrakı | Sərdar Berdiməhəmmədov |
Türkmənistanın vitse-prezidenti[d] | |
1 mart 2001 – 14 fevral 2007 | |
Sonrakı | Rəşid Meredov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyun 1957[1][2] (66 yaş) |
Doğum yeri |
|
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 3 (Sərdar Berdiməhəmmədov daxil olmaqla) |
Dini | sünnilik |
Hərbi xidmət | |
Qoşun növü | Türkmənistan Silahlı Qüvvələri |
Rütbəsi | Ordu generalı |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı |
|
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
29 iyun 1957-ci ildə Türkmənistan SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.[3]
1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun ilk öncə Stomatologiya fakültəsini, sonradan isə aspiranturasını bitirmişdir. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlamışdır.
1990–1995 illər — Terpapevtik stomatologoya kafedrasının assistenti, dosent, Türkmən Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin dekanı.
1995–1997 illər — Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri.
1997-ci ildən etibarən — Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri.
2001-ci ildən etibarən — Türkmənistan Respublikası Nazirlər Komitəsinin sədrinin müavini. 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.
Türkmənistan Respublikasının 1-ci Prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dəfnetmə komissiyasına başçılıq etmiş və Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra etmişdir.
26 dekabr 2006 il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb.
11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23% səsləri toplayaraq qalib gəlib.
Qurbanqulu Berdıməhəmmədovun inauqurasiya mərasimi 14 fevral 2007-ci il tarixində baş verib. 2017ci il 12 fevralda keçirilən prezident seçkilərində seçicilərin 97,69%inin səsini toplayaraq 3. dəfə yenidən prezident seçilib.
Sağlamlıq
20 iyul 2019-cu il tarixində Türkmənistan muxalif "YouTube" kanalı Berdiməhəmmədovun vəfat etməsi ilə bağlı video paylaşmışdılar. Verilən məlumata görə, Berdiməhəmmədov 15 iyulda səyahətə çıxmış, səyahətdə olduğu zaman, 61 yaşında vəfat etmişdir. Bu məlumatlar növbəti gün Rusiya və Rusiya ilə əlaqəsi olan KİV-lər tərəfindən paylaşılmışdır.[4] Türkmənistanın Qırğızıstana səfiri Şadurdı Mereyov, və Qırğızıstan Xarici İşlər Nazirliyi bəyan etmişdir ki, bu məlumatlar yanlışdır. "The Chronicle of Turkmenistan" informasiya portalının verdiyi məlumata görə, Berdiməhəmmədov Almaniyaya getmişdir, çünki onun anası orada müalicə alır və vəziyyəti kritikdir.[5]
Mükafatları
İstinadlar
- Gurbanguly Mälikgulyýewiç Berdimuhamedow // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Gurbanguly Berdimuhamedow // Munzinger Personen (alm.).
- Türkmenistanyň Statistika baradaky döwlet komiteti: 1995-nji ýylyň ilat ýazuwy Arxivləşdirilib 2013-03-30 at the Wayback Machine
- "Умер президент Туркменистана Гурбангулы Бердымухамедов, сообщили СМИ". gazeta.ru (rus). 21 July, 2019. 2019-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July, 2019.
- "Embassy of Turkmenistan refutes media reports about death of Gurbanguly Berdimuhamedov". Akipress.com. 21 July, 2019. 2019-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July, 2019.
- BERDİMƏHƏMMƏDOV "TÜRKMƏNİSTAN QƏHRƏMANI" RÜTBƏSİ ALDI
- Türkmənistan prezidenti "Şeyxülislam" ordeni ilə təltif olundu. Arxivləşdirilib 2014-01-15 at the Wayback Machine anspress.com (az.)