Qurban Qurbanov (dramaturq)

Qurbanov Qurban Əli oğlu - Dramaturq, 1939-cu ildən Yazıçılar Birliyinin üzvü.

Qurban Qurbanov
Doğum yeri
Fəaliyyəti dramaturq

Həyatı

1912-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Qarabağlar kəndində müəllim ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd orta məktəbində almışdır. 1924-1929-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunda təhsil almışdır. Sonra xalq maarif sahəsində müəllim, inspektor metodist işləmişdir. Naxçıvan Dövlət Teatrının direktoru olmuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirməyə göndərilmişdir. Ailə vəziyyətinə görə universitetin 3-cü kursundan çıxıb Naxçıvanda dil və ədəbiyyat müəllimi olmuşdur.

1944-cü ildə İkinci dünya müharibəsində itkin düşmüşdür.

Yaradıcılığı

Ədəbi fəaliyyətə 20-ci illərdə başlamış ilk mətbu hekayələrini ("Bəzəkli Dərə","Güllər") 1927-ci ildə çap etdirmişdir. "İntiqam", "Qurtuluş","Ayrım","Xosrov və Şirin" və s. pyeslər yazmışdır.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.