Qurban Abbasov (aktyor)

Qurban Məmiş oğlu Abbasov (2 yanvar 1944, Göyçə gölü hövzəsi[d]5 dekabr 1998, Gəncə) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1981).

Qurban Abbasov
Doğum tarixi 2 yanvar 1944(1944-01-02)
Doğum yeri Göyçə, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 5 dekabr 1998(1998-12-05) (54 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Səbiskar qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1968–1998
Teatr Gəncə Dövlət Dram Teatrı (1968–1998)
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1981

Həyatı

Qurban Abbasov 2 yanvar 1944-cü ildə kiçik Vedi mahalının Qarabağlar kəndində dünyaya gəlmişdir. O, 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Təyinatla Gəncə Dövlət Dram Teatrına göndərilib və 1968–1998-ci illərdə yaradıcılığı ancaq bu kollektivlə bağlı olub.[1]

Qurban Abbasov sadə dramatik rollarda, tipik-xarakterik personajların ifasında daha çox uğur qazanırdı. Lirik-psixoloji və həmçinin romantik səciyyəli qəhrəman rolları da olmuşdur.[1]

Qurban Abbasov 5 dekabr 1998-ci ildə Gəncə şəhərində vəfat etmişdir.

Mükafatları

İfa etdiyi əsas rollar

TamaşaMüəllifRol
Bəxtsiz cavanƏbdürrəhim bəy HaqverdiyevFərhad
Anaların divanıİslam İbrahimovYusif İdris
YaşarCəfər CabbarlıToğrul
Solğun çiçəklərCəfər CabbarlıQurban
Oqtay EloğluCəfər CabbarlıAslan bəy
Xanımın əxlaq dərsiQabriel ZapolskayaZbışko
Şərqin səhəriƏnvər MəmmədxanlıCavanşir bəy
KüləklərSabit RəhmanƏlibala
Aygün diyarıMustay KərimKənar adam
Böyük ürəkİmran Qasımov
Həsən Seyidbəyli
Rüstəm
Mezozoy əhvalatıMaqsud İbrahimbəyovZaur
Araba hələ aşmayıbOtia İoselianiBuxuti
Qaçaq NəbiSüleyman RüstəmMehdi
Yağışdan sonraBəxtiyar VahabzadəCığatay
Komsomol poemasıİsgəndər CoşqunCəlal
QocaMaksim QorkiPavel
III RiçardUilyam ŞekspirKral IV Eduard
AtabəylərNəriman HəsənzadəƏcəmi
Sokratla söhbətlərEdvard BraginskiSokrat
EzopGilerma FiqeyreduEzop
SənsizŞıxəli QurbanovTərlan

İstinadlar

  1. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II. 2017. səh. 211–212.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.