Qurbanəli Şərifzadə
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan – 1917, orada) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır.
Qurbanəli Şərifzadə | |
---|---|
| |
Digər adı | Qurbanəli Şərifov |
Doğum tarixi | 1854 |
Doğum yeri | |
Vəfat tarixi | 1917 |
Vəfat yeri |
|
Uşağı |
Həyatı
Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var.[1]
C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir[2].
C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır.
İstinadlar
- NTV. "Ziyalı ömrü. Əziz Şərif" (az.). Youtube.com. 02.09.2016. İstifadə tarixi: 2016-09-08.
- APA TV. ""Vətən mədəsi pozulmuş xəstələrə bənzəyir"" (az.). Youtube.com. 21.07.2023. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
Mənbə
- İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
- Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.