Qurşaqtutma

Qurşaqtutma - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

Novruz bayramı və digər el şənliklərində keçirilən qurşaqyapışma yarışı keçirilir. Zorxana idman oyunlarından güləşmə yarışının ən qədim ənənəvi adılarından biridir. Tamaşa ünsürləri ilə zəngin olan bu güləş növündə olan oyun və yaxud da yarış, adətən Novruz bayramı və digər el şənliklərində oynanılır. Adi günlərdə kiçik yaşlı uşaqlar arasında oyun halında keçirilir.

Oyunun qaydaları

Müxtəlif şənlik, bayram və yığıncaqlarda pəhləvanlar qoşa zurnanın cəsarət, güc, döyüşkənlik aşılayan zil səsi, zərb alətlərinin gur sədası altında meydana gəlir, igid cavanları güləşə çağırırlar:

Mənəm nərlərin nəri,
Ay oğlan.
Mənəm ərlərin əri,
Ay oğlan.
Əl qolunu çatdadaram,
Ay oğlan.
Bağrını partladıram,
Ay oğlan.

Pəhləvanların ənənəvi salamlaşması və özlərini təqdim etməsi mərasimindən sonra “Cəngi" sədaları altında yarış başlanır. Pəhləvanlar beldən aşağı müxtəlif fəndlər işlədib bir-birinin qurşağından yapışır, biri digərini yıxmağa çalışır. Qalibə müxtəlif hədiyyələr verilir.

Mənbə

  • Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.128.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.