Quqark rayonu

Quqark rayonu[2][3], Kirovakan rayonu, Böyük Qarakilsə rayonuErmənistan Respublikası ərazisində mövcud olmuş rayon. Rayon mərkəzi əvvəlcə Yaqublu (Meğrut) qəsəbəsi, sonralar isə Quqark şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 149 km-dir.

Rayon
Quqark rayonu
İnzibati mərkəz Kirovakan, Yaqublu (Pəmbək)
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 20 368[1] (1989) nəfər
Quqark  rayonu xəritədə

Tarixi

1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə rayonu (1930–1935)[3], həmin tarixdən 1962-ci ilə, yəni ləğv olunana qədər Kirovakan rayonu (1935–1962) adlandırılmışdır.[3] 1964-cü ildə yenidən bərpa edilmiş və 1995-ə yəni yenidən ləğv edilənə qədər Quqark rayonu[2][3] adlandırılıb. Ərazisi 766 kv.km-dir.

Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Rayon ərazisini Pəmbək yarıb keçir. Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri:Hallavar, Yuxarı Kilsə, Mollaqışllaq, Xancığaz, Heydarlı, Aşağı kilsə, Vartana, Yaqublu, Arçut, Böyük Qarakilsə.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Böyük Qarakilsə rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Böyük Qarakilsə Kirovakan 03.01.1935
Böyük Qarakilsə rayonu Kirovakan rayonu 03.01.1935
Xaçkənd Debed 03.01.1935
Bozigah Həmzəçimən ...
Dərəkənd Dozarakyuğ ...
Qamışqut Yeğəknut 03.01.1935
Hacıkənd Debed 03.01.1935
Xancığaz Gözəldərə 01.06.1940
Hacıqara Makaraşen 01.03.1946
Sarımsaxlı Karaberd 04.04.1946
Yaqublu Meğrut 01.04.1946
Şahəli Vahaqni 10.04.1947
Kolagirən Antaramut 10.09.1948
Buzovdal Bazum 25.01.1978
Kolagirən qəsəbəsi Dzorakert 25.01.1978

Həmçinin bax

İstinadlar

  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  2. Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
  3. Кировакан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 403.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.