Qumral Sadıqzadə
Qumral Sadıqzadə (tam adı: Sadıqzadə Qumral Seyid Hüseyn qızı) (1929-2010) — Seyid Hüseyn Sadiqin qızı.
Qumral Sadıqzadə | |
---|---|
Sadıqzadə Qumral Seyid Hüseyn qızı | |
Doğum tarixi | |
Doğum yeri | İçərişəhər, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Aydın Hüseynzadə |
Uşağı | Gülər Hüseynzadə |
Atası | Seyid Hüseyn Sadiq |
Anası | Ümmügülsüm |
Milliyyəti | azərbaycanlı |
1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib.
Yaradıcılığı
Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir. 2000-2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir. Onun sonuncu "İnəkli Peçenye” adlı hekayəsi 6 noyabr 2009-cu il tarixli "Ədəbiyyat” qəzetində çap olunub. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[1]
Kitabları
- "Analar tək qalmasın” kitabı 2009-cu ildə nəşr olunub.
- "Son mənzili Xəzər oldu..." Kitabı 1991 ci ildə nəşr olunub.
Ailəsi
Qumral həyatını məşhur ziyalı Əlipaşa Səbur Hüseynzadənin oğlu, alim və yazıçı Aydın Hüseynzadə ilə bağlayıb.[2] Uşaqları Gülər Hüseynzadə.
Mükafatları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə[3]layiq görülmüşdür.
İstinadlar
- "Arxivlənmiş surət". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.
- "Arxivlənmiş surət". 2019-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.