Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir.
Qumral əvəlik | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Dəstə: Fəsilə: Yarımfəsilə: Polygonoideae Cins: ???: Qumral əvəlik |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki təsviri
Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Mənşəyi və yayılması
Qumral əvəlik boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Atlantik və Orta Avropa, Skandinaviya, Kiçik Asiya, Monqolustan, Yaponiya, Çin, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Qumral əvəlik Azərbaycanın bütün rayonlarında arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir.
Ekoloji qrup və bitdiyi yerlər
Mezokserofitdir, meşə və alaq bitkilik tiplərində rast gəlir. Əsasən meşələrdə, meşə talalarında, əkinlərdə, bağlarda, bostanlarda, dincə qoyulmuş torpaqlarda, yol kənarlarında, çay məcraları və su axarların boyunca kiçik qruplar (3-6 fərd) əmələ gətirir və seyrək şəkildə bitir.
Kimyəvi tərkibi
Qumral əvəlik flavonoid, aromatik birləşmələr, C, B1, B2, E, PP vitaminləri, karotin, steroid, aşı maddələri, efir yağı, antosian, fenolkarbon və üzvü turşularla zəngindir.
Təsiri və tətbiqi
Elmi, eksperimental və xalq təbabətində, eləcə də homeopatiyada və baytarlıqda geniş tətbiq edilir. Tibet və Çin təbabətində istifadə olunmuşdur. Əsasən dəri, mədə və onikibarmaq bağırsaq xoralarında, dizenteriya, sarılıq, ağciyər vərəmi, nəfəs yolları və malyariya xəstəliklərinə qarşı, qəbizlik, bəd xassəli şişlər, ishal, ilanvurma və digər hallarda istifadə olunur. İşlədici, büzüşdürücü, yarasağaldıcı, tərlədici, hərarəti salan, qansaxlayıcı, antibakterial, antiseptik, antioksidant, antifunqal təsirə malikdir.
İstifadə olunan hissələri
Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü, yarpaqları və meyvələri istifadə edilir. İstifadə formaları. Dəmləmə.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
Yarpaqlar tərəvəz kimi, yazda yığılmış cavan yarpaqlar isə qurudulduqdan sonra, qida və dərman vasitəsi kimi istifadə edilir. Onlardan ishal olan xəstələrə plov və sıyıqlar hazirlanır. Bal verən və mal-qara üçün yem bitkisidir.
İstinadlar
- Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 335.