Qumluq ödotu

Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü.

Qumluq ödotu
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Campanulids
Cins:
Növ:
Qumluq ödotu
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  261776
EOL  6230372

Təsviri

Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir. Çiçək yatağı kiçik oyuqludur.

Aromatik zəif iyli olub, tünd-acı dadlıdır.

Quru qumsal, hətta daşlı torpaqlarda, bəzən qaratorpaq və gilli yerlərdə yayılır.

Bitkinin yan çiçəklərini təzə çiçəkləyən dövrdə toplayırlar. Çiçəklərini iti bıçaqla 1 sm ölçüdə kəsmək lazımdır. Çiçəkləri toplanılan sahədən təkrar toplanılma 7 gündən bir aparıla bilər. Gövdə və köklərin tamamilə və ya qismən qoparılması qadağandır. Eyni sahədən xammalın təkrar toplanılması 1–2 ildən sonra aparılmalıdır. Xammal çardax və naveslərdə, yaxşı ventiliyasiyalı yerlərdə kağız və parça üzərində 2–3 sm sərilərək və ya 40C0 temperaturda quruducu şkafda qurudulmalıdır. Metal şifrdən ibarət olan yerdə qurudulması yolverilməzdir.

Qaranlıq havalı yerlərdə, anbarlarda kisədə, apteklərdə isə yeşik və dəmirdən ibarət bağlı yerlərdə saxlanılmalıdır. Saxlanılma müddəti 4 ildir.[1]

İstinadlar

  1. S. C.İbadullayeva, M.C.Qəhrəmanova. Bitkilərin sirli dünyası (ot bitkiləri). Bakı: 2016, s.333

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.