Qulat
Qulat-i Şiə və ya Qaliyyə — şiə teologiyasında bəzi Əhli-beytdən olan insanlara ilahilik aid edən və ya əsas şiələr tərəfindən "ifrat" olaraq təyin olunan ifrat qrupları (məzhəbləri) təsvir etmək üçün istifadə edilən bir termindir. Onu müəllihə də adlandırırlar. Sonrakı dövrlərdə bu termin 12 İmamçılar, Zeydilər və bəzən də mötədil İsmaililər tərəfindən qəbul edilməyən şiə qrupları üçün istifadə edilmişdir[1]. İmamət əqidəsinə qarşı ifrat fikirlərə malik olan şiələrə bağlı qruplar və özlərini müsəlman kimi göstərən, Əliyə və onun nəslindən olan imamlara ilahilik və ya peyğəmbərlik aid edənlər üçün istifadə edilmişdir[2].
Sözün mənşəyi
"Qaliyyyə" mötədillik həddini aşanlara verilən addır. Həddini aşmaq mənasında olan "gülüv" kökündən olan cəm isimdir və "mötədillik xəttini aşanlar" mənasındadır[3]. Bu kökdən əmələ gələn "Qulat, eh'ul-gülüv, əshab'ül-gülüv" birləşmələri də eyni məna daşıyır[4].
İnanclar
İmamiyyə ifratçılıq üçün üç xüsusiyyət müəyyən etmişdir; Hulul, reinkarnasiya və ibaha[5].
Qaliyyə məzhəbləri
İlk qurulan Qulat məzhəbi "Abdullah ibn Səba" adlı yəmənli bir yəhudi tərəfindən qurulan Səbailik idi[6].
Qulat-i Şiə firqələri
- Qulat-i Şiə
- Səbailik (Abdullah ibn Səba)
- Həttabiyyə (Əbül-Həttab əl-Əsədi)
- Bəziqiyyə
- Hattabiyet-ul Mutlakə
- Qeysanilər
- Muxtariyyə/Qeysaniyyetül-Hullas
- Hərbiyyə
- Muaviyyə/Cənnahiyyə
- Harisiyyə
- Bəyaniyyə
- Ravendiyyə
- Rizamiyyə
- Bü' Müslimiyyə
- Sinbadiyyə
- Bərkükiyyə
- Havaliyyə
- Muhammira
- Muğannaiyyə
- Xürrəmilik
- Babəkiyyə
- Mazyariyyə
- Quliyyə
- İsxaq et-Türkiyyə
- Bü' Müslimiyyə
- Riyahiyyə
- Rizamiyyə
- Kəbriyyə
- Muxtariyyə/Qeysaniyyetül-Hullas
- Qulat İmamiyyə
- Muğıriyyə
- Mansuriyyə
- Azafirə
- Albaiyəyyə (Ulyaniyyə)
- Zəmmiyyə
- Ayniyyə
- Mimiyyə
- Siniyyə
- Muhammisə
- Şûrayiyyə
- Qurabiyyə
- Zübabiyyə
- Nusayriyyə
- Qulat Zeydilik
- Carüdiyyə
- Naimiyyə
- Yaqubiyyə
- Qulat Batiniyyə (Batinilik)
- Keyyaliyyə
- Hakimiyyə (Druzlar)
- Səbbahilər (Ələmutlar)
İstinadlar
- M. G. S. Hodgson. Encyclopaedia of Islam. 2. Brill Academic Publishers. 1965. səh. 1093-1095.
GHULĀT
- Şehristânî, El-Milel, Cild 1, Səhifə 173
- "Encyclopedia Iranica, "ḠOLĀT"". 5 iyun 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fev 2024.
- Diyânet İslâm Ansiklopedisi, Cilt 13, Sahife 333, TDV 1996.
- Heinz Halm. Shi'ism. Edinburgh University Press. 21 iyul 2004. səh. 154. ISBN 978-0-7486-1888-0.
- Kaynak: Mustafa Öz, Mezhepler Tarihi ve Terimleri Sözlüğü, Ensar, İstanbul, 2011.