Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir.
Qulan | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Ranqsız: Klad: Mesaxonia Klad: Panperissodactyla Dəstə: Yarımdəstə: Hippomorpha Fəsilə: Yarımfəsilə: Equinae Triba: Equini Cins: ???: Qulan |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xüsusiyyətləri
Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır. Ev atından başının nisbətən əzələli olması, uzun qulaqları (17 - 25 sm) və daha nazik ayaqlarının olması ilə seçilir. Yay ayları qışa nisbətdə daha qısa tüklərə sahib olur. Qoyunun yuxarı hissəsində uzun tüklərə sahib xəz vardır. Quyruğu qısadır. Sonucunda uzun tüklərə sahibdir.
Ümumi bədəni, boynu tünd sarı rəngə sahibdir. Bədənində qırmızı-qəhvəyi ləkələr vardır. Belinin tən ortası ilə və quyruğu ilə tünd xətt keçir. Qarın nahiyəsi, başın sonucu, boyun açıq rəngdədir və ya demək olar ki, ağdır.
Yayılması
XIX əsrdə qulanlar Qazaxıstan, Türkmənistan, Özbəkistan ərazilərində, XX əsrdə isə Türkmənistanın cənubunda və Qazaxıstanın şərqində, nadir halda Monqolustan, Zabaykalın cənub-şərqində rastlanırdı.
Hazırda Türkmənistanın cənub-şərqində Badxız qoruğuda (700 baş) yaşayır.
1953-cü ildə Aral dənizində yerləşən Barsakelmes adasına Badxız qoruğundan 120—140 baş qulan gətirilmişdir. 1982-ci ildə Aral dənizinin quruması ilə qulanlar Betpak-Dala səhra istiqamətinə köç etdişlər. 1990-cı illərdə adanın materikə birləşməsi ilə adada qalan bütün qulanlar şirin su arxasınca ərazini tərk etmişlər. 2005-ci ildə Kaskakulanda 179 baş qulan yayılmışdır.
Türkmənistanda Kaplankır qoruğunda və Mean çayı ilə Çaaça çayı arasında az sayda olsa belə yayılmışdır. Qazaxıstanın Altı-Əməl Milli Parkı ərazisində Qulanların sayı 2690 başdır. Brada hər 1000 ha əraziyə 8,8 qulan düşür. Ukraynanın Askaniya-Noya qoruğu və Biryoçiy adasında 150 baş qulan vardır.
Qulan hazırda İran, Əfqanıstan, Monqolustan, Çin ərazilərində yayılmışdır. Qolosen dövründə Rumıniyanın qərb ərazilərində yayılmışdılar.
Həyat tərzi və insan üçün əhəmiyyəti
Əsasən quru yarımsəhra və səhra ərazilərində yayılmışdır. Türkmənistanda 300—600 metr hündürlüyü olan ərazilərdə belə rastlanırlar. Çinin quru çöllərində və daşlı səhralarında müşahidə edilirlər.
Yarımnövləri
Qulanın yarımnövləri arasında müəyyən fərqlər vardır. Qədim elmi araşdırmalarda qulanların 7 yarımnövü müəyyəy edilir. Onlar özünə məxsus xüsusiyyətləri ilə seçilir. Ancaq buna baxmayaraq bir növə aid edilirlər.
- Onaqr və İran qulanı[3] (E. h. onager), İranın şimalı
- Türkmən qulanı (E. h. kulan), Qazaxıstan, Türkmənistan
- Monqol qulanı[3] (E. h. hemionus), Monqolustan
- Hindistan qulanı[3] (E. h. khur), Cənuni İran, Pakistan, Şimal-qərbi Hindistan
- Kianq[3] (E. h. kiang), qərbi Çin, Tibet
- † Anadolu qulanı (E. h. anatoliensis), Türkiyə
- † Suriya qulanı[3] (E. h. hemippus), Suriya, Mesapotomiya, Ərəbistan yarımadası
Kianq qulanların ən iri yarımnövüdür. Onun hündürlüyü 140 sm,çəkisi isə 400 kq təşkil edir. Onların rəngi qırmızı-qəhvəyidir. Onlara əsasən Himalayın cənub ətəklərində və Tibet yaylasında yayılmışlar. Onlar suda üzməyi xoşlayır və 5.5 km hündürlüyü olan əraziləri üstün tuturlar. Uzun zaman dünyanın Pekin zooparkından başqa heç bir zooparkında olmamışdır. 1957-ci ildə Nemo və Nedo adlı iki kianq Riqa zooparkına verilmişdir. Bu canlılar 27 il yaşamışlar. Onlrdan 72 kianq törəmişdir. Hazırda dünyanın Moskva, Riqa, Pekin, Berlin və San-Diyeqo şəhərlərindəki zooparklarda göprmək mümkündür.
Zooloqların fikirinə görə onaqr və türkməən qulanı eyni yarımnövdür. Ancaq molukulyar və genetik araşdırmalar bunun əksini göstərmişdir. Bəzən isə Qobi qulanı deyilən bir yarımnöv belə ayrılır (E. h. luteus).
Bəzi yarımnövlərin uzunluğu 210 sm çatır.
Qərb arealında qulanla yanaşı vəhşi eşşək müşahidə edilirdi. Hazırda bu iki növ bölgədən yoxa çıxmışdır. Yarımsəhrada yayılan qulan ot la qidalanır. O su mənbəyinə yaxın yayılır. Səbəb isə sussuzluğa davamsız olmasıdır.
Əhliləşdirilməsi
Müasir dönəmdə aparılan araşdırmalar onu göstərirki bütün ev eşşəkləri genetik baxımdan Afrika eşşəyinin törəmələridir. Bəzi fərziyələr vrdır ki, Akkadlar və şumerlər qulanları əhliləşdirə bilmişlər. Son dövrlərdə bu canlıların ənlilləşdirilməsi mümkün olmamışdır. Tel-Brak şəhəıri ərazisində afrika eşşəyi ilə qulanların qarışığına aid sümüklər aşkar edilmişdir[4]. Hazırda təbii şəraitdə çöl qulanları insana öyrəşir. Ancaq əhliləşmir.
Monqolustanda belə düşünülür ki, qulanlar əhliləşmiyən canlılardır. Onların adı monqol dilində olan «xulan» sözündən əmələ gəlmişdir. Mənası «məğlubedilməz, cəld, diribaş» anlamındadır.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- Фишер Д., Саймон Н., Винсент Д. Красная книга. Дикая природа в опасности / пер. с англ., под ред. Андрей Григорьевич Банников,. — М.: Прогресс, 1976. — С. 137—140. — 478 с.
- "Archaelogy in Mesopotamia (Reckitt Lecture) — British Academy". 2007-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
Ədəbiyyat
- Барышников Г. Ф., Тихонов А. Н. Млекопитающие фауны России и сопредельных территорий. Копытные. Непарнопалые и парнопалые (свиные, кабарговые, оленевые). — Санкт-Петербург: «Наука», 2009. — С. 20—27. — ISBN 978-5-02-026347-5, 978-5-02-026337-6
- Ливанова Т. К. Лошади. — М.: ООО «Издательство АСТ», 2001. — 256 с. — ISBN 5-17-005955-8