Qulamhüseyn bəy Kazımbəyov

Qulamhüseyn bəy Kazımbəyov (1889, Hasıllı1972, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Müsavat və bitərəflər fraksiyasının üzvü.

Qulamhüseyn bəy Kazımbəyov
11 dekabr 1919 27 aprel 1920
FraksiyaMüsavat və bitərəflər fraksiyası
Şəxsi məlumatlar
Doğum tarixi 1889
Doğum yeri
Vəfat tarixi 1972
Vəfat yeri
Partiya
Təhsili
  • Sankt-Peterburq İmperator Universiteti[d]
Fəaliyyəti siyasətçi, vəkil, tərcüməçi
Həyat yoldaşı Gülxanım Kazımbəyova

Həyatı

1889-cu ildə Hasıllı kəndində doğulub, sonradan ailəsi ilə birlikdə Qalabazarına köçərək Təzə Alvadı kəndində məskunlaşıb. O, Peterburqda təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış və uzun müddət ədliyyə orqanlarında mirzə, vəkil, pristav köməkçisi və digər vəzifələrdə çalışıb. Bu vəzifələri icra edərkən o Lənkəranda, Salyanda, Bakıda yaşamışdır.

Qulamhüseyn bəy Bakıda İosif Stalinin məhkəməsi zamanı məhkəmənin tərcüməçisi olmuşdur.[mənbə göstərin]

Həbsi və vəfatı

Gəncə üsyanından sonra təqiblərdən qaçmaq üçün Qulamhüseyin bəy bir müddət ailəsi ilə birlikdə İranda yaşayır. Bir qədər sonra isə Azərbaycana qayıdıraq Qubada məskunlaşır. Daha sonra isə Bakıya qayıdır və müxtəlif təşkilatlarda hüquqşünas və vəkil kimi çalışır. Lakin, 1937-ci il repressiyası dövründə müsavatçı olduğu üçün izlənilir və həbs edilir. 1937-ci ildə gecə yarısı xəfiyyələr onu aparırlar. Bu zaman o, yalnız "Üzeyir bəyə çatdırın ki, məni apardılar." cümləsini deyə bilir. Üç gün həbsdə qalan Qulamhüseyin bəy dördüncü gün Zülfüqar bəyin müşayiət ilə evlərinə qayıdır.

Qulamhüseyn bəy Kazımbəyov 1972-ci ildə Bakıda vəfat etmişdir. Onun məzarı Novxanı qəbirstanlığında yerləşir.

Ailəsi

  • Əmisi Cahangir bəy Kazımbəyli - Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti ordularının zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı.
  • Oğlu İnqilab bəy Kazımbəyov - Sovet dövründə hüquqşünas vəzifələrində çalışmış, eyni zamanda məxfi vətənpərvər təşkilatlarının üzvü olmuş (mərhum Şıxəli Qurbanovun aşiqlərindən və ardıcıllarından olmuş); dini sahədə - qeyri-rəsmi surətdə elan etdiyi "Союз Исламского Возрождения" təşkilatı adından ümumittifaq miqyasda aktiv yazışma fəaliyyəti aparmışdır. Şamil və Səlcuq adlı iki oğlu var.

Siyasi fəaliyyəti

1916–cı ildən Bakıda yaşayan Qulamhüseyn bəy Sabunçuda yüksək vəzifə tutmuş Prokofi Caparidzenin müavini vəzifəsində çalışmış və onunla dostluq etmidir.

Mart soyqırımı zamanı İçərişəhərin mühafizə olunmasında onun da təşkilatçılığı sayəsində erməni-daşnak qüvvələri geriyə oturdulmuş və bu zaman həm yerli qoçu dəstələrindən, həm də Caparidzenin göndərdiyi "drujinaçılar"dan istifadə olunmuşdur.

Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyana Bakı Sovetinə tabe olan Hərbi Dəniz Donanmasının rəhbəri kimi Prokofi Caparidze teleqram göndərmişdir. Bu teleqramın hazırlanmasında və göndərilməsində Qulamhüseyn bəyin rolu olmuşdur. Teleqramda yazılırdı::

" “Əgər sən Bakı küçələrindəki qırğınları dayandırmasan, mən ixtiyarımda olan gəmilərdən Ermənikəndi topa tutduracağam”. "

Azərbaycan Xalq Cümhurriyyəti dövrü

Qulamhüseyn bəy Azərbaycan Xalq Cümhuriyyət Parlamentinin hüquq bölməsində Xəlil bəylə birlikdə çalışmışdır.

11 dekbar 1919-cu il tarixində Lənkəran qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Parlamentin 22 dekabr 1919 tarixli sayca yüz doqquzuncu iclasında isə Qulamhüseyn bəy Kazımbəyovun Müsavat və bitərəflər fraksiyasına üzv olduğu elan edildi.

Sovet dövrü

Aprel işğalından sonra baş vetən Gəncə üsyanının rəhbərlərindən biri Qulamhüseyin bəyin əmisi polkovnik Cahangir bəy Kazımbəyli olur. Qulamhüseyin bəy Gəncəyə gedib Cahangir bəyi razı salaraq, böyük qırğınlardan qaçmaq üçün üsyanı dayandırmaq və gizli fəaliyyətə keçmək daha doğru olduğunu bildirir. Gəncə əhalisinin kütləvi qırğınının qarşısı alınır.[mənbə göstərin]

Mənbə

  • Hərbi and. — 2018.- 26 oktyabr. — № 41. — S. 7.

Ədəbiyyat

  • Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.