Qulaməli Üveysi
Qulaməli Üveysi (fars. غلامعلی اویسی; 1918, Qum – 8 fevral 1984, Paris) — Azərbaycan əsilli İran generalı, Şah qvardiyasının rəisi, Tehran şəhərinin hərbi komendantı, Şah ordusunun sonuncu komandanı, öz dövrünün ən mahir hərbiçisi[1][2].
Qulaməli Üveysi | |
---|---|
fars. غلامعلی اویسی | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1918 |
Doğum yeri |
|
Vəfat tarixi | 8 fevral 1984 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İran |
Qoşun növü | quru qoşunları |
Rütbəsi | general |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Qulaməli Üveysi 16 aprel 1918-ci ildə Qum vilayətinin Fordo kəndində Üveysi ailəsində anadan olmuşdu. Kəndin əhalisi mənşəcə türkmanlardan təşkil olunmuşdu. Onun öz şəcərəsi Qaraqoyunlu Qara Yusifə çatır[3][4][5]. Ana tərəfdən isə Məhəmməd Əli Şah Qacarın böyük oğlu Hüseyn Əli Mirzənin nəvəsidir.
O, 1937-ci ildə Şərif Dölə Bozorgun nəvəsi, Şərif Dölə Bəniadəmin qızı olan Şərafət Bəniadəm ilə ailə həyatı qurub.
Təhsili və karyerası
Qulaməli Üveysi Tehranda İran Ali Hərbi Məktəbin Zabitlər fakültəsinin məzunudur. O, Məhəmmədrza şah Pəhləvi ilə eyni fakültədə təhsil alıb.
Qulaməli Üveysi 5 dekabr 1978-ci ildə İranın əmək naziri olmuşdu.
Qulaməli Üveysi 7 fevral 1984-cü ildə Parisdə terror edildi.
Həmçinin bax
İstinadlar
- Mansur Rafizadeh. (1987). Witness: From the Shah to the Secret Arms Deal: an Insider's Account of U.S. Involvement in Iran. W. Morrow.
- Mark J. Roberts. (January, 1996). Khomeini's Incorporation of the Iranian Military.
- Peter Jackson, Lawrence Lockhart. The Cambridge History of Iran, Volume 6. Cambridge University Press. 1986. səh. 173. ISBN 9780521200943.
- Edward Granville Browne. A History of Persian Literature Under Tartar Dominion (A.D, 1265–1502). Cambridge: The University press Publication. 2009. səh. 89.
- Peter Jackson, Lawrence Lockhart. The Cambridge History of Iran, Volume 6. Cambridge University Press. 1986. 1120. ISBN 9780521200943.