Qulşərif
Qulşərif (tatar. Qolşərif, Колшәриф) — XVI əsr dini rəhbərlərindən biri, imam, şair. 1552-ci ilin oktyabrında Qazan şəhərindəki Xan sarayının İvan Qroznının qoşunlarından müdafiəsinə rəhbərlik etmiş, şəhər ruslar tərəfindən ələ keçirilən zaman öz silahdaşları ilə birlikdə burada həlak olmuşdur.
Qazanda dağıdılmış köhnə məscidin yerində 1990-cı illərdə (1996-2005) tikilən və Tatarıstanın ən böyük məscidi olan Qulşərif məscidi onun şərəfinə adlandırılmışdır.
Onun dörd qəzəli "Baqırğan kitabı"na daxil edilmişdir. Qulşərifin ədəbi mirası 1997-ci ildə Qazanda nəşr olunmuş "İ küñel, bu dönyadır" (Ey könül, bu dünyadır) kitabında yer almışdır. Həmçinin, 1889-cu ildə nəşr edilmiş "Qíssai Xöbbi xuca" dastanının da müəllifliyi ona aid edilir.
Tatarıstanın milli qəhrəmanı elan olunmuşdur.