Quick göstəricisi

“Quick” göstəricisi, “Quick” test, Protrombin müddəti ABŞ həkimi ing. Armand James Quick-in şərəfinə adlandırılmış qanın laxtalanma sisteminin funksiyasını qiymətləndirmək üçün mövcud olan tibbi laborator göstərici. Bu göstəricinin başqa cür protrombin müddəti (ing. prothrombin time - PT) adlandırırlar.

Tromboplasin əlavə edildikdən sonra qan zərdabı (Quick-test). Əmələ gəlmiş gel təbəqəsi bir polad kürəciyini saxlamağa qabildir.

Müayinəsi

Götürülmüş qan probuna natrium-sitrat qatılır ki tez laxtalanmanın qarşısı alınsın. Bu zaman laxtalanma üçün lazım olan kalsium natrium sitratla birləşir. Laboratoriyada sitratlı qan probu sentrafuqdan keçirilərək zərdab alınır. 37 °C tempraturda alınmış zərdab üzərinə toxuma faktoru (=Tissue-Faktor= (toxuma-) tromboplastin) əlavə edilir. Beləliklə ekzogen olaraq laxtalanma aktivləşmiş olur. Fibrinin yaranmasına qədərki müddət hesablanır. Normada bu müddət 11-16 saniyə davam edir.

Tromboplastin müddəti [saniyə] Normal zərdabın qarışıq nisbəti Quick müdd [%]
14 1:0 (durulaşmamış) 100
21 1:1   50 (1/2)
28 1:2   33 (1/3)
35 1:3   25 (1/4)

Dəyişməsi

Laborator müayinə nəticələri
Hallar Quick göstəricisi Parsial tromboplastin müddəti Qanın laxtalanma müddəti Trombositlər
K vitamini çatışmazlığı və ya varfarin qəbulu uzanır Norma yaxud bir qədər uzanır dəyişmir dəyişmir
Yayğın damardaxili laxtalanma

(ing. Disseminated intravascular coagulation)

uzanır uzanır uzanır azalır
Villebrand xəstəliyi dəyişmir uzanır və ya dəyişmir uzanır dəyişmir
Hemofiliya dəyişmir uzanır dəyişmir dəyişmir
Aspirin dəyişmir dəyişmir uzanır dəyişmir
Trombositopeniya dəyişmir dəyişmir uzanır azalır
Qaraciyər çatışmazlığı erkən uzanır dəyişmir dəyişmir dəyişmir
Qaraciyər çatışmazlığı terminal uzanır uzanır uzanır azalır
Uremiya dəyişmir dəyişmir uzanır dəyişmir
Anadangəlmə afibrinogenemiya uzanır uzanır uzanır dəyişmir
V laxtalanma faktoru çatışmazlığı uzanır uzanır dəyişmir dəyişmir
X laxtalanma faktoru çatışmazlığı uzanır uzanır dəyişmir dəyişmir
Qlançmann-Neqeli sindromu dəyişmir dəyişmir uzanır dəyişmir
Bernard-Soulier sindromu dəyişmir dəyişmir uzanır azalır və ya dəyişmir
XII laxtalanma faktoru çatışmazlığı dəyişmir uzanır dəyişmir dəyişmir
C1INH çatmazlığı dəyişmir qısalır dəyişmir dəyişmir

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.