Cek kanyonu
Cek kanyonu və ya Qudyalçay kanyonu — Şimal-Şərqi Azərbaycanda, eyniadlı çayın orta axınında yerləşir və özlüyündə dik yamaclarının hündürlüyü 1000 m-dən çox olan dərin dərəyə cavab verir. Kanyonun yardığı Qızılqaya massivi Cənub-Şərqi Qafqazın təbiətinin bu guşəsinə təkraredilməz kolorit verən müxtəlif rəngli mərmərləşmiş malm-neokom əhəngdaşılarından təşkil olunmuşdur. İki hissədən ibarət olan kanyonun birinci Qrızdəhnə hissəsi ekzotik "Minarə" qayasından başlayır və çay axarının əksinə, cənub-şərq istiqamətində sağ qolu Ağçayla qovuşduğu yerədək 8 km-dən artıq məsafəyə uzanır. Bu sahədə kanyonun dibi ilə Qubadan Xınalığa uzanan yol keçir, yamaclar qalın meşə ilə örtülmüş, orta hissədə isə Yarımyaylaq alp çəmənliklərinə gözəl panoram açan halqaşəkilli geniş Qrızdəhnə çuxuru yerləşir.
Qudyalçay kanyonu | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Kanyonun yuxarı Qrız hissəsi Qızılqaya əhəngdaşı massivinin dik yamaclarının arası ilə uzanan çayın eninə istiqamətlənmiş dar hissəsinə cavab verir və praktiki olaraq antropogen təsirlərə məruz qalmadığından öz ilkin gözəlliyini və əzəmətini qoruyub saxlaya bilmişdir.
Həmçinin bax
Mənbə
- "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013. (az.)