Qudyalçay (film, 2001)

Qudyalçay
Rejissor Rövşən Almuradlı
Ssenari müəllifi Aydın Qurbanoğlu
Operator Nəriman Şıxəliyev
İstehsalçı Azərbaycantelefilm
İlk baxış tarixi 2001
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 29 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2001
Rəng rəngli

Məzmun

Qudyalçay Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür. Başlanğıcını Böyük Qafqaz silsiləsindəki Tufan dağının şimal yamacından (3000 m) alır. Dağlıq sahədə çaya, soldan Doqquzul (uzunluğu 12 km), sağdan isə Ağçay (uzunluğu 24 km) qovuşur. Quba şəhərindən aşağı çay iki qola ayrılır: sağ qolu Qudyal, sol qolu isə Qimil adlanır.[1]

Filmdə çayın tarixi əhəmiyyəti, ətrafında yaşayan əhalinin məşğuliyyəti, güzəranı və Qudyalçay istirahət zonası əks etdirilir.

Film haqqında

Filmdə "Bahar əyləncləri" cizgi filmindəki musiqidən istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari: Aydın Qurbanoğlu
Rejissor: Rövşən Almuradlı
Operator: Nəriman Şıxəliyev
Səs rejissoru: Rəşad Əflatunoğlu
Montaj: Yafət Xeyirov
Rejissor assistenti: Elşən Bədəlov
Operator assistenti: Taleh Məhərrəmov
Sürücü: Tərlan Mehdiyev
Mətni oxuyan: Şəmistan Əlizamanlı
Redaktor: Vüqar Tapdıqlı, Sevil Həsənli
Direktor: Valeh Həsənli (Valeh Həsənov kimi)
Musiqisindən istifadə edilən bəstəkarlar: Cəmil Əmirov, Rafiq Babayev

Çəkilişə köməklik edən qurumlar

Quba Rayon İcra Hakimiyyəti
Xəlilovlar Ocağı

İstinadlar

  1. "Xəzər dənizinə axan çaylar". AZƏRBAYCAN ÇAYLARI. 2006-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-05.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.