Qudermes
Qudermes (çeç. Гуьмсе) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Qudermeski rayonunun şəhər mərkəzi. Şəhər respublika əhəmiyyətlidir, lakin şəhər dairəsi statusuna malik deyil.[1][2]
Şəhər | |
Qudermes | |
---|---|
çeç. Гуьмсе | |
43°21′19″ şm. e. 46°05′57″ ş. u. | |
Ölkə | Rusiya |
Respublika | Çeçenistan |
Rayon | Qudermeski |
Mer | Saliyev Ramazan Mavletoviç |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 17-ci əsr |
Yaşayış məntəqəsi statuslu | 1941 |
Sahəsi | 33,89 km² |
Mərkəzin hündürlüyü | 55 m |
İqlimi | mülayim |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 53 957 nəfər (2019) |
Sıxlığı | 1592,12 nəf./km² |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87152 |
Poçt indeksi | 366200 |
Digər | |
gudermes1.ru (rus.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Şəhər Belka və Calka çaylarının Sunja çayında birləşdiyi yerdə, Qudermeski silsiləsinin ətəyində, Qroznı şəhərindən 30 km şərqdə və Xasavyurtdan 40 km qərbdə yerləşir.
Bura Şimali Qafqazda vacib nəqliyyat mərkəzidir. Şimali Qafqaz Dəmiryolu qovşağı (Həştərxan, Rostov-Donu, Mozdok və Mahaçqala yolları) və R-217 "Qafqaz" federal magistral yolu şəhərdən keçir.
İqlimi
Qudermesin iqlimi mülayim kontinentaldır. Qış qısa və yağıntısız, yay uzun və isti keçir.[3]
Qudermes şəhəri (1981-2010) iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Orta temperatur, °C | −0,9 | −0,4 | 4,8 | 11,5 | 16,7 | 21,9 | 24,9 | 24,3 | 19,2 | 12,1 | 5,3 | 0,2 | 11,6 |
Yağıntı norması, mm | 29 | 27 | 29 | 33 | 62 | 61 | 48 | 37 | 47 | 40 | 41 | 32 | 486 |
Mənbə: ФГБУ "ВНИИГМИ-МЦД" |
Etimologiya
S.Ş.Hacıyevaya görə, qumuqlar Qudermes bölgəsini "Quntimes" - "Quenler döyüş gün-tiymes ..." adlandırırlar. Onun fikrincə, sözü iki yolla tərcümə etmək olar - kölgəli yer və ya Quntimes çayının vadisi.[4] E. Pospelovun "Dünyanın coğrafi adları: Toponimik lüğət" əsərinə görə, Qudermes adı "odadavamlı" mənasını verən türk sözüdür.[5] Başqa bir versiyaya görə, Qudermes köhnə çeçen sözüdür və "təpədəki günəş" kimi tərcümə olunur.[6].
Tarixi
Rəvayətə görə, Qudermes XVII əsrin əvvəllərində Çartala (müasir Gürcüstan) və Qordala yüksək dağlarından gələn mühacirlər tərəfindən qurulmuşdur. Çartala və Qordalaılar Qums çayı yaxınlığındakı düzənlik ərazilərə enərək burada Qums kəndi qurdular. İlk Qudermes evləri bugünkü "Aul" məscidinin ərazisindəki tikildi.[7] Böyük Rusiya Ensiklopediyasına görə, 18-ci əsrin ortalarında çeçen Qumse (çeçen dilində Qudermes şəhərinin adı) kəndi yerində qurulmuşdur.[8].
Qums çayı boyunca, müasir şəhərin şimal-qərb hissəsində, 1770-ci ildə qurulan Kaxanovskaya kəndi var idi. 1837-ci ildə burada Umaxan-Yurt hərbi istehkamı təsis edildi. Və 1857-ci ilin dekabrında Qumse və Qertme kəndləri dağıldıqdan sonra General Mişenkonun qüvvələri tərəfindən bu yaşayış məntəqələrinin bəzi sakinləri Koxanovskayaya (Umaxan-Yurt) məcburi şəkildə köçürüldü.
Qudermesin sürətli inkişafı 1893-cü ildə, Qumse kəndi yaxınlığında Vladikavkaz dəmir yolunun Beslan - Petrov filialının (qatar anbarı, dəmir yolu dönüş dairəsi, emalatxanalar, stansiya) istifadəyə verilməsi ilə başladı, bu da kəndin şəhərə çevrilməsində təkan rolunu oynamışdır.
1929-cu il yanvarın 14-də Qudermes kəndi (artıq aul deyil) işçi kəndinə çevrildi, sonralar isə Kalinin kəndi adını aldı.
5 aprel 1941-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Kalinin kəndi, Kunduxova kəndi və Qumse kəndi Qudermes şəhərində birləşdirildi.[7][9].
1 fevral 1963-cü ildə RSFSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə Qudermes şəhəri respublika tabeliyindəki şəhər kimi təsnif edildi.
Əhalisi
Əhalinin sayı
İllər | 1931 | 1939 | 1959 | 1967 | 1970 | 1979 | 1989 | 1992 | 1996 |
---|---|---|---|---|---|---|---|---|---|
3300 | 10 737 | 18 553 | 29 000 | 32 445 | 34 012 | 38 089 | 39 700 | 30 800 | |
İllər | 2002 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 |
33 756 | 36 400 | 39 000 | 40 100 | 41 200 | 42 605 | 45 631 | 45 600 | 47 690 | |
İllər | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | 2019 | ||
49 029 | 50 009 | 51 215 | 52 407 | 51 776 | 52 908 | 53 957 |
Sosyal əhəmiyyətli yerləri
Təhsil ocaqları
- 7 məktəbəqədər təhsil müəssisəsi
- 12 orta təhsil müəssisəsi
- Maliyyə və Hüquq Universitetinin Qudermes fillialı[15].
- Qudermes Müəllimlər Kolleci.
- Qudermes Dəmiryol Kolleci.
- Çeçen Tibb Kollecinin Qudermes filialı.
Mədəniyyət və əyləncə mərkəzləri
- Uşaq yaradıcılıq evi
- Çeçenistan Respublikasının birinci prezidenti Ramzan Kadırov adına muzey[16].
- Ferris təkəri olan park[17].
- Qış akvaparkı [18]
Məşhur şəxslər
- Cəbrayıl Yamadayev - Çeçenistan hərbi komandiri
- Ruslan Yamadayev - Çeçen komandir, siyasətçi
İstinadlar
- Указ Президента Чеченской Республики «Об утверждении реестра административно-территориальных единиц Чеченской Республики» от 11 августа 2010 года N 167 Arxivləşdirilib 2019-02-10 at the Wayback Machine (с изменениями на: 11.03.2016)
- "Закон «Об административно-территориальном устройстве Чеченской Республики»". 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- "ФГБУ «Северо-Кавказское управление по гидрометеорологии и мониторингу окружающей среды»". 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- Рассказ кумыка о кумыках. Шихалиев Девлетмурза Магомедович (1811 / 1880) с. 45
- Поспелов Е. М. Географические названия мира: Топонимический словарь. — М.: АСТ, 2001.
- "Город Гудермес". Это Кавказ. 2018-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
- Борхаджиев Х. Воистину Гудермес — город чудес // Гумс: газета. — 2010. — 5 мая.
- Юрий Сергеевич Осипов Большая Российская энциклопедия, 2007
- "АТД ЧИАССР". 2013-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- "Россия / Rossija". pop-stat.mashke.org (ingilis). January 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
- "Том 1. Численность и размещение населения". www.gks.ru (rus). Федеральная служба государственной статистики. September 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
- "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2012. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
- "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2013. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
- "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- "Гудермесский филиал Института финансов и права". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- "В Гудермесе в память об Ахмате Кадырове откроется музей. Мир. Статьи www.newsinfo.ru". 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- Новости
- В чеченском Гудермесе открылся зимний аквапарк с мужской и женской зоной. Новости