Quba tıxması
Tərkibi
Xəmir üçün: Əla növ buğda unu — 520q, kərəli marqarin — 190q, üzlü süd — 127q, yumurta — 2 əd., maya — 8q, zəfəran — 0 0,3q, duz. İç üçün: əla növ buğda unu — 130q, kərə yağı — 64q, şəkər — 127q, hil — 0,3q, muskat qozu — 0,3q.
Hazırlanma qaydası
Xamirin yoğrulması və için hazırlanması Lənkəran külçəsində olduğu kimidir. Lakin xəmirə şəkər qatılmır. Hazır xəmir yayılır, üzərinə yağ sürtülür, dürmək formasında bükülür, dartılaraq 90–100 qramlıq tikələrə doğranır. Hər xəmir tikəsi vintvari burulur, azacıq yastılandırılır, üzərində çökək yerlər düzəldilir və oraya 35–40 q iç qoyulur. Xəmirin kənarları mərkəzə birləşdirilməklə için üstü örtülür. Birləşdirilmiş tərəfi aşağı olmaq şərtilə 90–100mm diametrdə dairəvi formada yayılır, üzərinə halqavari bəzək vurulur, 20–25 dəq istirahətə qoyuluru və səthinə yumurta sürtülüb 180–200 °S-də 35–40 dəqiqə bişirilir.