Quba mahalı

Quba mahalıQuba xanlığında mahal. İndiki Quba, XaçmazQusar rayonlarının böyük hissəsini əhatə edirdi.

Xanlığın ən böyük mahalı Quba mahalı idi. Quba mahalı çox iri olduğuna görə iki naib tərəfindən idarə olunurdu. Sırt və Tip mahallarını əhatə edirdi. Quba mahalında dağlıq kəndlərin sakinləri torpaq əkinçilik üçün o qədər yararlı olmadığına görə arpadan savayı heç nə əkmirdilər. Bu kəndlərdə maldarlıq və arıçılıq əsas məşğuliyyət sahəsi idi. Quba mahalının düzənlik hissəsində taxılın bütün növləri əkilirdi. Digər mahallardan fərqli olaraq Quba mahalında əhalidən alınan vergilərdə güzəştlər tətbiq edilirdi.

İstinadlar

Mustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm; 2005, 480 səh.. + 1 xəritə.

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.