Qubaçi dili
Qubaçi dili (arbuk dili) — qubaçilərin dili, dargin dillərindən biri. Dağıstanın Daxadayev rayonunun şərqində yayılıb, daşıyıcıların bir çoxu Rusiyanın cənubundakı şəhərlərdə yaşayır. Bu dildə danışanların sayı təxminən 7 min nəfərdir.
İki dialekti var:
- qubaçi dialekti
- qubaçi — Qubaçi kəndi (ГӀугъбуг; 2781 nəfər, 2002-ci il siyahıya alınması) və əsli oradan olanlar
- amuzginlər — Amuzgi və Şari kəndləri.
- sulevkent dialekti — Sulevkent kəndi.
Qubaçi dilində cəmi bir kitab çap edilib.
Ədəbiyyat
- А. Магометов. Кубачинский язык. (Исследования и тексты). Тбилиси, 1963.
- Шамхъалла ГӀ. И. Малла ситтала хабарте. Анже, 1994 (на кубачинском языке)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.