Quançjou teleqülləsi
Quançjou teleqülləsi (çin. 广州塔) — dünyanın ən yüksək ikinci teleqülləsi . 2005-2010- cu illərdə ARUP tərəfindən 2010-cu il Asiya Oyunları üçün tikilmişdir. Qüllənin hündürlüyü 600 metrdir. 450 metr hündürlükdə teleqüllə bir hiperboloid daşıyıcı retinanın və mərkəzi bir nüvənin birləşməsi şəklində tikilmişdir. Quançjou teleqülləsinin hiperboloid dizaynı rus mühəndis V.H.Şuxovun 1899-cu ildə aldığı patentinə uyğundur .[1]
Quançjou teleqülləsi | |
---|---|
çin. 广州塔 | |
Ümumi informasiya | |
Şəhər | Quançjou |
Ölkə | ÇXR |
Koordinatlar | 23,10895° şm. e. 113,31921° ş. u. |
Təməlatma | 2005 |
Tamamlanıb | 2009 |
Hündürlük | |
Antena şpili | 600 |
Dam örtüyü | 459,2 |
Qüllənin səthi böyük diametrli polad borulardan hazırlanıb. Polad şpinelin yüksəkliyi 160 metrdr. Qüllə televiziya və radio siqnallarını yayımlamaq, həmçinin teleqüllə Quançjou şəhərinin panoramasını seyr etmək üçündür və gündə 10 min turistin ziyarət etməsi üçün nəzərdə tutulmuşdur.
33, 116, 168 və 449 metr hündürlükdə, şüşəli müşahidə platformaları yerləşir, 488 metr yüksəklikdə açıq müşahidə platforması yerləşir. Fırlanan restoranlar 418 və 428 metr yüksəkliklərdə yerləşir, 407 metr yüksəkliyində "VIP-kafe" var.
Qalereya
- Asiya Oyunlarının açılışında televiziya qülləsi
- 2011-ci ildə teleqüllənin görünüşü
- Dünyanın ən yüksək qüllələri siyahısında teleqülləni göstərən şəkil.
Qüllə tikintisi
- Qüllə tikintisi
- İyun 2007
- Noyabr 2007
- Oktyabr 2008
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- «В. Г. Шухов (1853–1939). Искусство конструкции.» Arxivləşdirilib 2007-02-12 at the Wayback Machine, Райнер Грефе, Arxivləşdirilib 2009-02-21 at the Wayback Machine Оттмар Перчи, Ф. В. Шухов, М. М. Гаппоев и др., стр. 78-103, 177, «Мир», Москва, 1994, ISBN 5-03-002917-6.