Quşcənnəti Milli Parkı

Quşcənnəti Milli ParkıTürkiyənin Balıkəsir ilində, Manyas Quş gölünün şimal-şərqində yerləşən milli park. Milli park 27 iyul 1959-cu ildən fəaliyyətdədir. Bandırma, Manyas və Gönən ilçələrinin arasında yerləşir.

Quşcənnəti Milli Parkı
türk. Kuşcenneti Millî Parkı
Quşcənnəti Milli Parkı
Quşcənnəti Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 24.048 ha
Yaradılma tarixi 27 iyul 1959
Yerləşməsi
40°13′02″ şm. e. 28°02′24″ ş. u.
Ölkə  Türkiyə
Vilayət Balıqəsir
Rayon Bandırman, Manyas.
Yaxın şəhər Balıqəsir
Rəsmi səhifə
Quşcənnəti Milli Parkı xəritədə
Quşcənnəti Milli Parkı
Quşcənnəti Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məlumat

Beynəlxalq əhəmiyyət daşıyan bu milli park quş növlərinin zənginliyi və uğurlu qoruma tədbiqlərinə görə 1975-ci ildə A kateqoriyasında Avropa diplomuna layiq görülmüşdür. 1981, 1986, 1991 və 1996-cı illərdə bu diplom yenilənmişdir.

Milli park Quş gölünün şimal-şərq sahillərində yerləşir. Bandırma-Balıkəsir yolu ilə milli parka çatmaq mükündür. 24.048 ha sahəyə malikdir. Quşcənnətinin milli park statusunun qazanmasının tək səbəbi quş növləridir. Quşcənnəti Türkiyənin ən kiçik milli parkıdır. Ən kiçik olmasına baxmayaraq Türkiyənin ən çox ziyarətçi cəlb edən milli parkıdır. Quşcənnətinin indiki yerini Professor Kurt Kossviq və həyat yoldaşı Leonore tərəfindən 1 aprel 1938-ci ildə kəşf edilmişdir. Buraya Quşcənnəti adı verən Kossviqin tədqiqatları nəticəsində buranın əhəmiyyəti anlaşılmış, 1952-ci ildə isə buraya tədqiqat stansiyası qurulmuşdur.

Ziyarət

Ziyaret saatları 09:00–18:00-dır. Giriş haqqı isə 4 türk lirəsidir (2012). Milli parkda böyük ziyarət binası yerləşir. Bu binada gəzmək mümkündür. Binanın 200 metr uzaqlığında müşahidə qülləsi vardır. Ziyarətçilər nərdivanlarla qülləyə çıxaraq durbinlə quşları seyr edirlər. Burada quş növlərini seyr etmək üçün ən məsləhətli aylar aprel, may və iyun aylarıdır.

Canlılar aləmi

Milli parkın göl hissəsində kiçik qarabatdaq, qıvrımlələk qutan, kiçik ağ vağ, adi qarıldaq, susüpürənlər, tikan qanadlı qız quşu kimi quş növləri çoxalır. Çəhrayı qutan köç dövründə, qıvrımlələk qutan, göydimdik və kiçik qarabatdaq qış mövsümündə burada bəslənir. Şirin su balığı olan və dünyada təhlükədə olan Cobitis puncticulata balığı ancaq bu milli parkda yaşayır.[1]

Milli parkda krevet ovçuluğu ilə məşğul olurlar. Göldə yaşayan krevet (Astacus leptodactylus Eschscholtz) tutularaq ixracedilir. İldə 150 ton ovlansa da xəstəlik üzündən bu say enmişdir. Son illərdə isə bu xəstəliyin təsiri azalmış və krevet ovu artmışdır. Göldə yaşayan və mütəmadi olaraq ovlanan balıqlar bunlardır: karp, durna balığı, yayın, şirin su kolyozu, siyənək.[2]

Qalereya

İstinadlar

  1. "Armudlu yarımadası" (PDF) (türk). doğaderneği.org. 2013-05-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-01-26.
  2. Selçuk Süleyman. "Manyas şirin su kreveti" (PDF) (türk). doğaderneği.org. İstifadə tarixi: 2015-01-26.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.