Qriqori Qaqarin
Qaqarin Qriqori Qriqoryeviç (29 aprel (11 may) 1810[1], Sankt-Peterburq[2][3] – 18 (30) yanvar 1893[4][1], Şatelro[d][2]) — rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K.P. Brüllovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdur (1859-1872). Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) burada yaşayan xalqların məişətinə aid tablolar, portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir. Qaqarin Azərbaycanın şəhərlərində də olmuş, "Şamaxı rəqqasələri", "A.A. Bakıxanovun portreti" və s. rəsmlər, həmçinin, Azərbaycan memarlıq abidələrini təsvir edən əsərlər çəkmişdir.
Qriqori Qaqarin | |
---|---|
Doğum tarixi | 29 aprel (11 may) 1810[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 (30) yanvar 1893[4][1] (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat, ikonoqraf[d], rəssam, yazıçı, memar, hərbi qulluqçu, zabit, qrafika ustası[d], sənətşünas, məmur |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərləri
İstinadlar
- Printseva G. A. Grigory Gagarin // Gagarin, Grigory (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2018. ISBN 978-1-884446-05-4 doi:10.1093/GAO/9781884446054.ARTICLE.T030371
- Гагарин Григорий Григорьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Catalog of the German National Library (alm.).
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
Mənbə
- Олег Кузнецов, канд. ист. наук (Москва). Князь Григорий Гагарин: открытие Азербайджана взору Европы. Журнал İRS, № 4 (58), 2012.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.