Qriqori Lordkipanidze

Qriqori (Qiqa) Davidoviç Lordkipanidze (gürc. გრიგოლ (გიგა) დავითის ძე ლორთქიფანიძე; 19 oktyabr 1927, Tiflis13 iyun 2013, Tbilisi) — Sovet, gürcü kino və teatr rejissoru. SSRİ xalq artisti (1979). Uzun müddət Gürcüstan Teatr Xadimləri İttifaqının sədri və Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının vitse -prezidenti.

Qriqori Lordkipanidze
გრიგოლ ლორთქიფანიძე
Doğum tarixi 19 oktyabr 1927(1927-10-19)
Doğum yeri
Vəfat tarixi 13 iyun 2013(2013-06-13) (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Gürcüstan Gürcüstan
Fəaliyyəti teatr rejisoru, kinorejissor
Fəaliyyət illəri 19522013
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d]
Teatr Vaso Abaşidze adına Tiflis Musiqili Dram Teatrı
Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı
Mükafatları "Şərəf nişanı" ordeni
SSRİ xalq artisti SSRİ Dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qriqori Lordkipanidze 19 oktyabr 1927-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. O, ilk təhsilini doğma şəhərdə almış sonra Moskvaya yollanmışdır.

Lordkipanidze 1950-ci ildə Dövlət Teatr Sənəti İnstitutunun (Moskva) rejissorluq fakültəsini bitirmışdır. O burda məşhur rejissor-pedaqoq Aleksey Popovun kursunda təhsil almışdır.

Təhsilini bitirdikdən sonra Vilnüs Rus Teatrında çalışmışdır. Lordkipanidze sonradan Q.Eristavi adına Qori Teatrının direktoru vəzifəsində çalışmışdır. 1952-1954-cü və 1956–1963-cü illərdə-rejissor, 1964-1967-ci illərdə direktor və baş rejissor, 1976–1980-ci illərdə Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında bədii rəhbər vəzifələrində işləmişdir.

Qriqori Lordkipanidze 1954–1956-cı illərdə - Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrının baş rejissoru olub. 1963–1964 və 1971–1973-cü illərdə A.S.Qriboyedov adına Tbilisi Rus Dram Teatrı baş rejissoru və bədii rəhbəri idi. 1967–1976-cı illərdə Rustavi Dram Teatrının təşkilatçısı, rejissoru və baş rejissoru kimi fəaliyyət göstərmişdir.

1985-ci ildən - Vaso Abaşidze adına Tbilisi Musiqili Komediya Teatrının bədii rəhbəri olmuşdur. Bundan əlavə Qriqori Lordkipanidze müxtəlif vaxtlarda Moskva teatrlarında da çalışmışdır.O, "Sovremennik"də, "Malaya Bronnaya Teatrı"nda və "Gənc Tamaşaçılar Teatrı"nda uğurlu tamaşalar səhnələşdirmişdir. Bundan əlavə Qriqori Lordkipanidze Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında və N.Dumbadze adına Tbilisi Dövlət Mərkəzi Uşaq Teatrında tamaşalara quruluş vermişdir. Lordkipanidze Tbilisi Sirk truppasının qurucusudur.

O, əsrin dörddə biri qədər Gürcüstan Teatr Xadimləri İttifaqının sədri olmuşdur.[1] Qriqori Lordkipanidze Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının vitse -prezidentidə seçilmişdir.

Qriqori Lordkipanidze 13 iyun 2013-cü ildə Tiflisdə vəfat etmişdir. O, Didube panteonunda dəfn edilib.[2].

Mükafat və təltifləri

  • Gürcüstan SSR əməkdar incəsənət xadimi (1961)[3]
  • Gürcüstan SSR xalq artisti (1970)
  • SSRİ xalq artisti (1979)
  • SSRİ Dövlət Mükafatı (1981) – çoxseriyalı "Sahillər" serialına görə (1977)
  • "Şərəf nişanı" ordeni (1958)
  • Gürcüstan SSR K.A.Mardjanishvili adına Dövlət Mükafatı (1977)
  • Gürcüstan SSR Şota Rustaveli adına Dövlət Mükafatı[4]
  • Şərəf ordeni (Gürcüstan) (1996)
  • Tbilisi şəhərinin fəxri vətəndaşı (1996).

İstinadlar

  1. "Русский клуб - НЕ СТАЛО ГИГИ ЛОРДКИПАНИДЗЕ". 2014-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
  2. "Бекхйхи Люяреп Реюрпю Х Йхмн Онйхмск Мюь Лхп Наясфдемхе Мю Liveinternet - Пняяхияйхи Яепбхя Нмкюим-Дмебмхйнб". 2014-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
  3. Театральная Энциклопедия. драма опера балет оперетта цирк эстрада драматург режиссёр
  4. "გიგა ლორთქიფანიძე - ვიკიპედია". 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.