Qravelot döyüşü

Seynt - Priva- Qravelot vuruşu (Saint - Privat - Gravelotte) - Fransa–Prussiya müharibəsi gedişində 18 avsqust 1870-ci ildə Mets şəhərindən 12 km şim.-qərb və qərbdə yerləşən bu iki kənd ərazisində fransız Reyn ordusu ilə 1-ci və 2-ci alman orduları arasında baş vermiş döyüş.

Qravelot döyüşü
Tarix 18 avqust 1870
Nəticəsi Prussiyanın qələbəsi
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Döyüşün gedişi

    Qravelot vuruşu

    Vuruşun başlanmasına marşal A. Bazenin Reyn ordusu(130 min adam 450 top) yaxşı təchiz olunmuş Ronkur, Sen - Priva, Qravelot mövqelərini tuturdu. Mövqenin sol cinahı Metsın fortlarına dayanırdı. Qoşunlarının əsas qüvvələrini Bazen mövqenin mərkəzində və sol cinahında yerləşdirmişdi. Prus kralı I Vilhelmin komandanlığı( faktiki olaraq - qərargah rəisi X.Moltkenin) altında 1-ci alman ordusu və 2-cinin yarısı(ümumiyətlə 220 min adam 726 top), kəşfiyat işini təşkil etmədən, şimala hərəkət edərkən franszı ordusu ilə qarşılaşdılar. Moltke, franszı qoşunlarının dislokasiyasını yanlış müəyyən edərək, öz qoşunlarının əsas zərbəsini fransız mövqelərinin mərkəzinə yönəltdi. 9-cu, sonra 8-ci və 7-ci korpuslar cəbhə hucumları ilə müdafiyəni yarmaq və fransız mövqelərini tutmağa çalışırdılar. Lakin onların sıx rota sütunları yivli Şaspo tüfəngləri ilə silahlanmış fransız atıcılarının atəşindən böyük itki verirdilər. Ancaq axşama yaxın alman qvardiya korpusu və 9 -10-cu korpusların briqadaları, atıcı zəncirlərə səpələnərək, artilleriyanın əzici üstünlüyü şəraitində, franszıları sıxışdıra bildilər, Sen-Priva və Qravelotu tutdular.

    Vuruşun sonu

    Vuruşun sonunu, franszı mövqelərini dərin yandan alma təhlükəsi altına qoyan 12-ci alman korpusunun Ronkura hucumu həll etdi. Metslə əlaqəni itirməkdən qorxan Bazen Reyn ordusuna Metsə çəkilmək əmri verdi, burada o blokadaya alındı və 72 gündən sonra silahı yerə qoydu. Vuruş gedişində almanlar 20 mindən artıq, franszılar 13 minə yaxın adam itirdilər. Sen-Priva-Qravelot vuruşu göstərdi ki, yivli uzqvuran silahın yaranması atıcı zəncirləri tipində yeni döyüş qaydalarını və qoşunların çevik idarəsini tələb edir. Vuruşun gedişində, köhnə döyüş ruhunda idarə edən alman komandirlərinin etirazına baxmayaraq, alman sütunları kortəbii surətdə zəncirlərə səpələnirdilər və rəqibə qısa qaçışlarla yaxınlaşırdılar.

    Həmçin bax

    Mənbə

    • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.7 səh. 324-325
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.