Qramafonçiçək batat
Qramafonçiçək batat (lat. Ipomoea batatas)[2] – i̇pomeya cinsinə aid bitki növü.[3]
Qramafonçiçək batat | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: Triba: Ipomoeeae Cins: ???: Qramafonçiçək batat |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Batat şirin kartof da adlanır. Kartofa oxşayır, əsasən Çində, Cənubi Amerikada, Yaponiyada, Hindistanda, Yeni Zelandiyada, Türkmənistanda və Şimali Qafqaz bölgəsində yayılmışdır. Batat istisevən çoxillik bitkidir.
Uzunsov formalıdır, çəkisi 0,3-dən 1,5 kq-a qədərdir. Tərkibində orta hesabla 72,5% (7-175%) su, 3,75% zülal, 24% karbohidrat, o cümlədən 15-20% nişasta və 1,2-2% şəkər, 0,8-1,5% mineral maddə, 1% sellüloza vardır. 100 qr batat 466 kCoul enerji verir. Tərkibində 397 mq% K, 49 mq% P, 1 mq% Fe, vitaminlərdən mq%-lə: C – 23, B1 – 0,10, B2 – 0,05, P – 0,5 və 0,3 mq% karotin vardır. Batatın ətli hissəsi ağ-qırmızı və ya çəhrayı olur. Şirin xörəklərin və sulu xörəklərin hazırlanmasında istifadə olunur.[4]
İstinadlar
- Lamarck, Jean-Baptiste Pierre Antoine de Monet de, 1744-1829 Tableau encyclopédique et méthodique des trois règnes de la nature. Botanique. Paris. C. 1, burax. 1. S. 465. doi:10.5962/BHL.TITLE.218
- Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.