Qozlu (Ağdərə)

Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[3] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır.[4]

Qozlu
40°06′47″ şm. e. 46°28′29″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 988 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 650 nəf. (2005)[1]
Qozlu xəritədə
Qozlu
Qozlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası

XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır.[5]

Tarixi

Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[6]

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.