Qovuşuq (Laçın)

QovuşuqAzərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetindən Qovuşuq kəndi Hacıxanlı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Qovuşuq
39°52′39″ şm. e. 46°14′17″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Qovuşuq xəritədə
Qovuşuq
Qovuşuq

Toponimikası

Yaşayış məntəqəsi XIX əsrdə Ağdərə rayonunun Gilətağ kəndindən köçmüş ailələrin Qovuşuq (Murovdağdan axan Mixtökən və Nərdivan çaylarının birləşərək Şəlvə çayının əmələ getirdiyi yer) adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Qovuşuq XIX əsrdə Zəngəzur qəzasında yaşayan qarabayramlı tayfasının qışlağının adı idi. XIX əsrin ortalarında cəmi 4 ailədən ibarət olmuşdur. Kənd coğrafi movqeyinə görə belə adlandırılmışdır.[2] Kəndin adının "qov" adlı qıpçaq tayfası və uşuq/şuq şəkilçisi vasitəsilə yarandığı da ehtimal olunur.

Coğrafiyası və iqlimi

Kənd Mıxtökən silsiləsinin ətəyində yerləşir.

Əhalisi

Əhalisi azərbaycanlılardan ibarətdir.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.