Qorxmaz Hüseynov
Qorxmaz Cavanşir oğlu Hüseynov — "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011–2021).
Qorxmaz Hüseynov | |
---|---|
16 fevral 2011 – 4 may 2021 | |
Əvvəlki | Nizaməddin Rzayev |
Sonrakı | Köçərli Həsənov (müvəqqəti sədr) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1965 (59 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991–1992-ci illərdə şöbə rəisinin müavini, 1992–1995-ci illərdə şöbə rəisi, 1995–1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997–2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003–2006-cı illərdə trestin müdiri, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.
27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir.[1] 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək[2] "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir[3].
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.[4]
Ailəlidir, iki övladı var. O, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ilə qudadır.[5]
İstinadlar
- "Q.C.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2007-ci il tarixli, 2598 nömrəli Sərəncamı. Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine e-qanun.az (az.)
- "Q.CHüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 1334 nömrəli Sərəncamı. Arxivləşdirilib 2018-05-16 at the Wayback Machine e-qanun.az (az.)
- "Q.C.Hüseynovun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 1332 nömrəli Sərəncamı. Arxivləşdirilib 2018-05-16 at the Wayback Machine e-qanun.az (az.)
- "Q.C.Hüseynovun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
- "İcra başçılarının vəzifəli və biznesmen övladları — FOTOLAR". 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20.