Qorqan (Füzuli)
Qorqan — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qorqan fars sözüdür və canavarlar mənasını daşıyır.
Qorqan | |
---|---|
![]() | |
39°33′35″ şm. e. 47°16′53″ ş. u. | |
Ölkə |
![]() |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
| |
![]() |
Tarixi
Hacılı icmasına qatılan şenliklərdən biri də Qorqan obasıdır. Bəylərbəyilik dönəmində Qorqan qışlaq olub. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qorqan qışlağı ilə bağlı bilgi var. Xanlıq dönəmində qışlaq Hacılı icmasının qoyun yatağı idi.
1870-ci ildə praporşik Almurad bəy Məmmədhüseyn oğlu qohum-əqrəbası ilə bu yurda köçdü. XIX əsrin sonlarında Qorqan qışlağının yiyəsi praporşik Cümşüd bəy Almurad bəy oğlu idi. Qoqan kəndi sovet dövründə həm ayrıca kolxoz, həm də sovxoz kimi fəaliyyət göstərib. Yuxarı Seyidəhmətli, Qorqan və Aşağı Aybasanlıdan ibarət "Mübariz" kolxozu yaradılmışdı. Daha sonra isə əhalinin təkidi ilə "Mübariz" kolxozu iki yerə parçalandı və Qorqanla Aşağı Aybasanlı kəndlərində "Moskva" kolxozu quruldu. İlk sədr Şahalı Vəliyev seçildi. Sonralar həmin kolxoz yenə də ləğv olundu və "Mübariz" kolxozu ilə birləşdirildi. 1992-ci ildə isə bir daha son dəfə ayrıldı və "Qələbə" kolxozu yaradıldı. Kənd camaatı öz xeyirxalqlıgı və qonaqpərvərliyi ilə həmişə rayonda seçilib. Qorqan kəndinin gəncləri də Qarabağ müharibəsi zamanı öz igidliyi ilə fərqləniblər. Qarabağ müharibəsində şəhid olanlardan Murad Almuradovu, Tacəddin Aslanovu və Mais Hüseynovu göstərmək olar.
2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
Toponimikası
Qorqan oyk. Füzuli r-nunun Seyidəhmədli i.ə.v.-də kənd. Düzənlik ərazidədir. Bəzi alimlərin fikrincə, oykonim monqolların tərkibindəki kurkan/kurikan türk tayfasının adını əks etdirir.[1]
Mədəniyyəti
Qorqan kəndinin coxlu sayda müsiqiçiləri vardır. Bunlardan Raqub Tağıyev, Mərkəz Abıyev, Sevindik Həsənov, Rasim Nəsirov, Osman Rüstəmov, rəhmətlik Aşır Tağıyev, Güloğlan Qarayev, Rza Rzayev və Xəyal Əvəzlini göstərmək olar.
Əhalisi
Kənd işğal olmamışdan əvvəl 850 nəfər əhalisi olub.
İqtisadiyyatı
Üzümçülük, dənli bitkilərin əkilməsi, heyvandarlıq və quşçuluq.
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427