Qoroskop

Qoroskop və ya ulduz falı (q.yun. ὥρα - saat (doğum) kimi tərcümə olunur, q.yun. σκοπός - müşahidəçi) — bürc işarələrinə görə müəyyən bir müddətdə ulduzlu səmada planetlərin qarşılıqlı mövqeyinin nizamlı təsviri. Astrologiyada insan taleyini proqnozlaşdırmaq üçün istifadə olunur.

1 yanvar 2000-ci il üçün qurulmuş qoroskop, Şimali Amerika vaxtı ilə saat 00:01:00, Nyu-York, ABŞ . (Uzunluq: 074W00'23" - Enlik: 40N42'51")

Qədim mənbələrdə qoroskop həm də Assendent və ya Assendentin yerləşdiyi işarə adlandırılı.Həmçinin, ulduz falı el arasında Alan Leo[1] tərəfindən dövriyyəyə daxil edilmiş müxtəlif günəş əlamətləri üçün astroloqlar tərəfindən birbaşa dərc edilən proqnozlar adlanır.

Elm baxımından qoroskop — psevdoelmi (yalançı elmi) proqnozdur[2] . Belə ki, Mişel Qoklenin tədqiqatı astrologiyanın bir çox əsas prinsiplərini , xüsusən də ulduz falının icrasını təkzib etmişdir. Baxmayaraq ki, ömrünün sonlarına yaxın o, qənaətlərini bir qədər yenidən nəzərdən keçirmiş və astrologiyada islahat təklif etmişdir: ən çox yayılmış ənənələrdən imtina edilməli olduğunu hesab edərək yalnız obyektiv, statistik üsullarla təsdiqlənə bilən hadisələri əsas götürmüşdür. Qoklen onu “neoastrologiya” adlandırmış və ona eyni adlı kitab həsr etmişdir (Neo-Astrology, 1991).

İstinadlar

  1. Жилински К. История астрологии. — М.: Профит Стайл, 2007. — 304 с. ISBN 5-98857-074-7
  2. "Научный атеизм. Гинзбург Виталий: Религия и наука. Разум и вера". 2009-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.
  3. Komath M. Testing astrology // Şablon:Нп3, Vol. 96, No. 12, 25 june 2009 (копия)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.