Qorgi

Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri.

Qorgi
yun. Γοργίας
Doğum tarixi təq. e.ə. 483[1] və ya e.ə. 485
Vəfat tarixi təq. e.ə. 375[1]
Vəfat yeri
İstiqaməti Sokrataqədərki fəlsəfə, sofistlər məktəbi
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlərTrasimaxus   Likofron   Kritius   Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
NeopifaqorçuluqApollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Fəlsəfəsi

Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur. İnsan hətta öz yaşadığı anları nisbi olaraq yada salır. Qorgias "Təbiət ya da mövcud olmayan şey haqqında" əsərində iddia etmişdir ki, "heç nə mövcud deyil; nəsə mövcud olsa belə, onu qavramaq (dərk etmək) olmaz; o şey qavranılsa belə, onu sözlə ifadə etmək olmaz[2]. Bununla da Qorgias aşağıdakıları demək istəyirdi:

1. Əgər varlıq əbədidirsə, onda hüdudsuzdur; hüdudsuzdursa, onda o heç yerdə yoxdur. Əgər varlıq əbədi deyilsə, onda o mövcud olan bir şeydən yaranmalıdır. Bu isə imkansızdır, çünki bu halda varlıq özündən qabaq mövcud olardı. Ya da varlıq yoxluqdan yaranmışdır. Ancaq bu da imkansızdır, çünki yoxluqdan nəsə yarana bilməz. Onda deməli heç nə mövcud deyildir.

2. Varlıq mövcuddursa da, onun barəsində düşünmək olmaz, çünki düşünülənlə gerçəkliyin fərqi vardır. Belə olmasaydı, onda bizim düşüncəmizdə olan hər bir fikir gerçəkləşərdi.

3. Varlıq haqqında düşünülsə belə, onu başqasına anlatmaq olmaz. Çünki, anlatmaq üçün biz sözlərdən istifadə edirik. Söz isə o şeyə tam uyğun gəlmir. Əksinə, biz sözləri şeylərlə izah edirik.

Beləliklə, şeylər haqqında birmənalı heç nə demək olmaz. Onlar haqqında yalnız həqiqətə nisbətən uyğun fikir yürütmək mümkündür. Bu kimi müddəalar aqnostik dünyagörüşünün əsasında durur.

Mənbə

Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 62-63. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

İstinadlar

  1. Istituto dell'Enciclopedia Italiana Gòrgia di Leontini // Enciclopedia on line (it.).
  2. Софистика. Горгий Леонтийский: Трактат "О не-сущем, или О природе" в современных интерпретациях. Новосибирск: НГУ, 2014, s. 235.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.