Qorağan

QorağanAzərbaycan Respublikasının Qax rayonunun Qorağan kənd inzibati ərazi dairəsində kənd.[1]

Qorağan
41°22′56″ şm. e. 46°43′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 202 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.262 nəf.
Qorağan xəritədə
Qorağan
Qorağan

Toponimikası

Bəzi tədqiqatçılar oykonimi qədim türk dillərində "dayanacaq", "hərbi düşərgə" mənasında işlədilən qori-qan (monqol variantı xoruqan) sözü ilə əlaqələndirib, yaşayış məntəqəsinin monqol işğalından (XIII əsr) sonra yarandığını güman edirlər. Ehtimal ki, kənd monqol işğalı dövründə hərbi məqsədlə salınmış məntəqə əsasında yaranmışdır. Azərbaycanda monqol mənşəli sözlərdən yaranmış toponimlərin çoxu Şəki, Balakən, İsmayıllı, Qax rayonlarının payına düşür.[2]

Tarixi

1917-ci ildə, fevral inqilabından sonra Zaqatalanın nüfuzlu din xadimlərindən olan Hafiz Əfəndi (1920 və 1930-cu illərdə Zaqatalada antisovet üsyanlarının başçısı) vaxtı ilə çarizmin xristianlaşdırdığı bəzi məntəqələrdə, ələlxüsus da Qorağan kəndində sakinləri yenidən islam dininə döndərmək məqsədilə fəal təşviqat aparırdı. Bu da bölgədə konfessional zəmində gərginlik doğurmuşdu.[3] XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəlki adı Anaqar Qorağan) kəndində məskunlaşmışlar.

Coğrafiyası və iqlimi

Kənd Acıçay sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Relyefi düzən-çay-meşə relyeflərindən ibarətdir. Kəndin ərazisində çoxlu düzən yerlər kənd təsərrüfatının və maldarlığın inkşafına kömək edir. Çaylardan Acıçay kəndin yaxınlığından keçir. Meşə ərazisi kəndin ətrafında çox zəngindi. Meşələrdə çox nadir növlü agaclar da var. Meşələrdə ən əsas palıdvələs agacları bitir.

Kəndin iqlimi yayda çox isti, qışda da çox sərt şaxtalı keçir. Amma yaz və payız aylarında çox gözəl xoş hava olur. Əsasən yağıntılı aylar payız ayları olur, sentyabrın axırlarından noyabra kimi. Bu aralar çox intensiv yağışlar yağır. Bütün bunlara baxmayaraq kəndin təbiəti çox rəngarəngdi.

Əhalisi

Əhalinin mütləq əksəriyyəti milli tərkibcə Azərbaycan Türklərindən ibarətdir və Azərbaycan Türkcəsində danışır.[4] 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 313 təsərrüfatda hər iki cinsdən toplam 1284 nəfər əhali yaşamaqdadır.[5]

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıqəkinçilik təşkil edir. Kənddə əvvəllər dənli bitkilərlə bərabər tütün də əkilib. Hazırda çox az sayda tütün sahəsi qalıb. Kənddəki bostan sahələrində müxtəlif növ tərəvəzlər becərilir. Kəndin qurtaracağında Qanıxçaya yaxın yerdə müalicəvi əhəmiyyətli mineral su çıxan Qavanq bulağı var. Onun müalicəvi tərkibinin olması hələ sovet dövründən tədqiq olunub. Son vaxtlar bu suyun sənaye üsülu ilə emal olunması və qablaşdırılaraq ölkə əhalisinə çatdrılması üçün əməli işlər görülüb. Su mədə-bağırsaq və həzm sisteminə müalicəvi təsir gücünə malikdir. Qavanq bulağına yaxın ərazidə hələ suyunun tərkibi öyrənilməmiş, kənd əhalisi arasında Göy bulaq (suyunun rəngi göy olduğu üçün) adı almış bulaq da var.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-12.
  2. {{|ATEL|2} }
  3. ZAQATALA DAİRƏSİ 1917-1918-Cİ İLLƏRDƏ: İCTİMAİ SEÇİM SİTUASİYASINDA ETNOSİYASİ İDENTİKLİK AXTARIŞLARI, ŞAMİL RƏHMANZADƏ
  4. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat. .
  5. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.